17 dekabr 2003-cü il tarixli “Posta” qəzetinin arxa səhifəsində “Köklüyün təkamülü” başlığı diqqət çəkir və dərhal altında insanın, meymunla başlayıb insanla bitən xəyali təkamül ardıcıllığı təsvir edilirdi. Yazıda “Economist” jurnalından bir xəbər verilir və Dünya Sağlamlıq Təşkilatı tərəfindən piylənmə (həddindən artıq köklük) xəstəliyi haqqında nəşr olunan hesabatlarla əlaqədar bəzi məlumatlar verilirdi. Yazıda piylənmə xəstəliyinin “təkamül” keçirməkdə olduğu iddia edilir və qədimdən zənginlərin xəstəliyi olan həddindən artıq köklüyün artıq kasıbları da hədəf aldığı ifadə edilirdi.

 

“Posta”dakı yazının ən diqqət çəkən xüsusiyyəti isə sosial-iqtisadi sahənin tamamilə xaricində bir sahədə bir mesaj “ilişdirilmiş” olmasıdır. Yazıda oxuculara bu sual verilməkdədir:

 

“Sürətlə yayılan bu xəstəliyin eynilə insanlar kimi təkamül keçirdiyini bilirdinizmi?” (vurğu bizə aid)

 

“Posta”, bir xəstəliyin sosial-iqtisadi faktorlar baxımından dəyişməsiylə əlaqədar bir mövzuda insanın sözdə təkamül keçirdiyi mesajını verməkdə, xəbərlə birlikdə nəşr olunan xəyali təkamül şəkiliylə də bu mesajın dəstəklənilməsi məqsəd qoyulmaqdadır.

 

Yaxşı bu mesajla, piylənməylə əlaqədar tapıntılar arasında həqiqətən, bir əlaqə mövcuddurmu? Əlbəttə ki xeyr.

Piylənməylə əlaqədar bu tapıntılar, sosial-iqtisadi dəyişmə ilə əlaqədardır. İnsanın mənşəyiylə əlaqədar ortaya atılan sözdə təkamül isə heç bir elmi dəlili olmayan iddialardan ibarət olan “bioloji” təkamüldür. Bu ikisi arasında bir əlaqə yoxdur, çünki ilki, insanların gəlir səviyyəsi və qida maddələrinin qiymət səviyyələri kimi faktorlarla əlaqədardır. İnsanın xəyali təkamülü iddiası isə başda təsadüfi mutasiya və təbii seleksiya olmaq üzrə, təsadüfü şəkildə inkişaf edən təbii faktorlara əsaslanılan, elmi etibarlılığı olmayan fərziyyələrdən quruludur.

 

Məktubda isə açıqca “Piylənmə, eynilə insanlar kimi təkamül keçirməkdədir” deyilməkdədir.

 

Bu ifadənin əsassızlığı ortadadır. Təsadüfi mutasiyalar bir insanı kasıb və ya zəngin etməz. Ya da məhsulların qiymətləriylə insanların bunları almaları da insanları başqa canlılara təkamülləşdirməz. Zəngin kök, ya da kasıb kök də olsalar, insanlar yenə insandır.

 

Nəticə:

Bu araşdırma açıqca göstərməkdədir ki, “Posta” qəzeti, piylənmənin sosial-mədəni dəyişməsindən yola çıxıb insanın sözdə bioloji təkamülünə pay çıxarma səyinə girişmişdir. Məktub səlahiyyətlilərini söz oyununa söykənən təhrif etmələrlə darvinizm təbliğatı etməkdən imtina etməyə çağırırıq.