Adnan Oktar: Şeytandan Allaha sığınaram. Rəhman Rəhim olan Allahın adıyla. Məkkədə endirilən bu surə 83 ayədən ibarətdir. Ya. Sin. And olsun hikmətli Qurana! “Ya”“Sin” hərfləri də ayrıca bir işarədir. Xüsusi bir mövzuya xüsusilə işarə edən bir ayədir. “Ya” hərfi bir şeyi izah edir. Sin” hərfi də başqa bir şeyi izah edir. Allahın icazəsiylə vaxtı gəldikdə bu hikmətlər daha açıq ortaya çıxacaq inşaAllah. “And olsun hikmətli Qurana!” deməli Quran hikmətlərlə, sirlərlə doludur. Həqiqətən, sən göndərilmiş elçilərdənsən“. Peyğəmbərimiz (s.ə.v) Allahın göndərdiyi bir Peyğəmbərdir. Mehdi (ə.s)-a baxan cəhəti ilə Həqiqətən, sən göndərilmiş elçilərdənsən“. Yəni Mehdi (ə.s) göndərilən bir şəxsdir. Təyin edilən deyil, Allahın göndərdiyi bir şəxsdir. Yəni xüsusi olaraq işlədilən biri deyil. Allahın xüsusi olaraq vəzifə verdiyi biridir. “Doğru yoldasan“. Doğru yol nədir? Qurana tam olaraq tabe olmaqdır. Səhabə dövründə olduğu kimi olan bir İslam anlayışıdır. Yəni əlavəli, artırmalı deyil. Doğru yol dedikdə, qüsursuz dümdüz yol nəzərdə tutulur. Qüsursuz dümdüz yol nədir? Tam Quran, tam səhabə əxlaqıdır və Əsri səadət dövrüdür. Dümdüz olan budur. 5-ci ayə Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir“. “Allah endirmişdir Quranı” -deyir. Cənabı-Allah belə bildirir: Ki, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən“. Bax, “ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən“. Peyğəmbər Əfəndimiz (s.ə.v)-in zamanında bütpərəstlik, müşriklik hakim idi. Ataları xəbərdar edilməmişdi. Peyğəmbərimiz (s.ə.v) yolu ilə, Allah onu vəsilə etdi, Quran Peyğəmbərimizə nazil oldu və onları xəbərdar etdi. Axır zamana baxan cəhəti ilə də, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən“. Darvinizm, materializm ortalığı bürüyüb. Atalarıda xəbərdar edilməmişdir. Ataları Darvinizmə, materializmə kor-koranə inanmışlar. Bir çox insan kor-koranə inanırlar. Bundan əvvəlki nəsil Darvinizmə onsuz da çox inanmışdır. Dövrümüzdə internetin, elmin imkanları ilə, paleontologiyanın, biogenetikanın və başqa elm sahələrinin təsiri ilə əvvəllər elmin bir məhdudiyyət içərisində olduğu, elektron mikroskopun olmadığı bir dövrdə, kor-koranə inananların yanlış düşüncələri artıq dövrümüzdə silinmiş vəziyyətdədir. Yeni gənclik, yeni nəsil artıq buna inanmır. Onun üçün bax, Quran atalarına diqqət çəkmişdir. Həqiqətən yaşlı nəsil bataqlığa düşmüş vəziyyətdədir. Yeni nəsil artıq Darvinizmə inanmır. Bax,ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən“. Mehdi (ə.s.) gəlib Darvinizmi, materializmi yerlə bir edəcək. Ataları Darvinist, materiyalist olan kəslərin sistemi ortadan qaldırılacaq, fikirlə. “And olsun, onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Artıq onlar inanmazlar”. Böyük bir kütlə imansızdır. Bax inanmazlar demək nə deməkdir? İnancı yoxdur, demək ki, ən böyük problem nə imiş? İnancsızlıq. Fiqh əksikliyi deyil demək ki. Fiqh məlumatsızlığı deyil. Ən böyük çatışmazlıq inancsızlıqdır. Quran ona diqqət çəkir. “And olsun, onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Artıq onlar inanmazlar”. O söz nədir? Allahın verəcəyi bəladır. Bu bəla Axır zaman da necə oldu? İqtisadi böhran şəklində oldu. 7-ci ayə iqtisadi böhran 2007-də başladı, deyilmi?

 

Altuğ Berker: Bəli, müəlliməm.

 

Adnan Oktar: Bax, “and olsun, onların əksəriyyəti barəsindəki”. “Əksəriyyəti”. İqtisadi böhran dünyanın əksər ölkələrində mövcuddur bu an o söz haqq oldu. “Artıq onlar inanmazlar”. Onsuz da burada şərhində də, Quranı tərcümə edən yazar deyir ki; “Çətinlik, darlıq, böhran” mənasındadır deyir. Başqa bir cəhəti ilə bu ankı İqtisadi böhran baxır. “Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır”. Allah, “təkəbbür və qürurdan, özünü böyük görməkdən qaynaqlanan, bir əzəmət içində olarlar” -deyir. Həqiqətən də, məsələn, bildiyiniz kimi Darvinizmin, materializmin daha çox universitetlərdə hakimdir. Və universitetlərin professorlarında, rektorlarında, dekanlarında təkəbbür və qürur daha da şiddətlidir. “Onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik”, universitet müəllimləri boyunlarına da böyük bir boyunluq taxırlar. Gördünüzmü siz? Cübbə geyərlər, yaxalıqlı cübbə. Boyunları belə havada olar. Paltardan ötəri məcbur olaraq boyunlarını qaldırarlar. Təbii ki, bu ayə hamısına baxmır amma bir qisminə baxır və müdhiş eqoistdirlər. Dünya universitetlərində, rektorlar, dekanlar, professorlar; Darvinist, materialist düşüncə içərisində müdhiş eqoistdirlər. Amma həqiqətən də boyunlarına halqa keçirmiş vəziyyətdədirlər. Yəni o cübbənin yaxası təxminən 30 sm olar. Yəni 25 sm, 30 sm. Yəni çox yüksək yaxası var. Bütün dünyada belədir yəni. Təbii ki, yaxşı olanları da var. Bir cəhəti ilə də ona baxır. Cübbəni taxar amma yaxşı xasiyyətlidir, gözəl xasiyyətlidir. Amma Quran ümumiləşdirmə edərək izah edir, inşaAllah. Ola bilər ki, ona da baxır. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər”. Yəni “nə qədər canlı qalığı (fosil) göstərsənsə də, nə qədər elmi dəlil versən, biogenetik, paleontologiya ilə əlaqədar, elmlə, sənətlə hər cür imkanı təqdim etsən də, onları izah etsən də onların başı daş kimidir. Odun başıdır, anlamazlar. Nə edirsən et, mən onları anlamayacaq şəkildə daş başlı yaratdım” -deyir, Cənabı Allah. “Gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər” artıq gözləri də görmür, izah etsən də görməzlər. Bir qismi bu hökmdə olduğu üçün, bir qismi qürur və təkəbbüründən, bir qismi qorxusundan qəbul etmirlər. Bu an dünyada. Amma bir qismi də daş baş olduğu üçün qəbul etmir. Odun başlı olduğu üçün. Amma bəziləri də həqiqətən məktəbdən atılaram narahatlığıyla, yoldaşları təzyiq edər narahatlığıyla inanmır. “Sən onları xəbərdar etsən də, xəbərdar etməsən də, onlar üçün eynidir, iman gətirməyəcəklər”, yəni “istər izah et, istərsən də izah etmə. Onlara üçün heç bir fərq etməz. Bir daşa, oduna danışmış kimi olar, təsirlənməzlər” -deyir, Cənabı Allah. Həqiqətən elə sümük başlı insanlar olar, bəlkə qarşılaşarsınız. Dediyimi deyərəm, deyilmi? Xüsusilə sonrakı yaşlarda çox olar belə adam, baş sümükləşər. “Yüzdə-yüz yəni adam bir şey yoxdur” -deyir. “Yox olsa ona inanmaram” -deyir. “Yaxşı indi nə etməyimiz lazımdır?” “Mən onsuz da inanmıram. Nə edirsən et” -deyir. Belə tərs adamlar vardır. Hər kəs bilər məşhurdur. Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ”. O zaman bizim təbliğ etməyimizdəki hədəfimiz nə olacaq? Qurana tabe olmasını təmin edəcək insanlar yetişdirmək və Mərhəmətli Allahı görmədən Ondan çəkinən” kimsəni yetişdirməkdir. İman həqiqətlərini izah etməkdir, deyilmi? “Onları qorxuda bilərsən” -deyir, Allah. Daş başlı adamı götürüb xəbərdar etsən sənin qarşında təlxəklik edər, yerlərə yatar, uğunar, kişnəyər, təpinər, görülməyən alçaqlıq edər. Çünki adamın başı sümükləşmişdir. Başı qavaldaşı kimidir. Yəni vurduqda səs gəlir. Adam, kötük, kötüyü götürüb fiqh izah etsən anlamaz. Allah nə deyir? “İman edən olması çox əhəmiyyətlidir” -deyir, Cənabı Allah. Allahı sevmələri, Allahdan qorxmaları, Allahın varlığına dair qənaətlərində hakkəl yakin, hətta aynəl yakin və ya ilməl yakin iman etmələri lazımdır, inşaAllah. “Belə kəsləri xəbərdar edə bilərsən” -deyir, Allah. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ”. Allahdan bağışlanma, heç olmasa bu insanlar üçün üstün bir əcr də olacaq, savab olacaq. “Bunları müjdələ” -deyir, Cənabı Allah.

 images (5)