Mumtəhənə surəsi, 2; “Əgər sizi ələ keçirsələr” yəni sizin gücsüz bir mövqedə olduğunuzu görsələr; sizin iqtidarınız, gücünüz, imkanınız əlinizdən gedərsə, bir fürsət əllərinə keçsə; münafiqlərin həmişə siyasəti budur, uyğun bir fürsət güdərlər. O zaman “sizə düşmən kəsilərlər”. Davamlı güclü olduqda bir şey edə bilmirlər. Amma zəif mövqeyə düşdüyünü düşünsə, “sizə düşmən kəsilərlər, əllərini,” əvvəl əliylə, “həqiqətən hücum etmək istəyərlər” -deyir Allah, “əlləriylə”. Əliylə edə bilmirsə, “dilləriylə” -deyir Allah. “Və dilləri ilə sizə pislik edərlər” Pislik etmək üçün. Nə edir indiki əxlaqsızlar? Məsələn, internetdən edir yaxud televiziyadan müsəlmanlara hücum etməyə qalxır yaxud radiodan hücum etməyə qalxır. Və yaxud kitablarıyla hücum etməyə çalışır. Lazımınca bir sevgisizliyi, fitnəni, qarışıqlığı ortaya qoymaq istəyirlər. Lakin mühüm bir mövzuya Allah diqqət çəkir; “və sizin kafir olmanızı istəyərlər”. “Özləri kimi inkar etmənizi istəyərlər” -deyir. Onu necə edir? Müsəlmanları laqeydliyə təşviq edərək. Məsələn baxırsan, birbaşa bunu edə bilmirsə, necə edir? “Sən də mənim kimi ol” -deyir, “sən də mənim kimi laqeyd ol, sən də mənim kimi dünyaya bağlan, sən də mənim kimi mənfəətlərinin arxasına düş, sən də mənim kimi maraqsız ol, sən də mənim kimi itaətsiz ol” kimi müsəlmanları inkara və gücsüzlüyə doğru təşviq edirlər.

images (5)