HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHI

 

İbni Həcər deyir:

“Birincisi, Peyğəmbər (s.ə.v) ümmətini, xüsusilə Əhli Beytini bir çox şeydə müjdələmişdir. Onların hər cür zülm və işgəncələrdən xilas olacaqlarını izah etmişdir”. Demək ki, Əhli Beyt zülm və işgəncə görəcək. Amma “Xilas olacaqlar” -deyir, yəni davam etməyəcək. “Bu da ancaq uzun bir müddət ediləcək olan ədalətə bağlıdır. 7 və ya 9 il kimi qısa bir müddət isə bunun üçün yetərli deyil”. Mehdi (ə.s)-ın dünya hakimiyyəti 7 və ya 9 ildir deyilir

“İkincisi, mehdiyyət eynilə Zülrneyn və Süleyman kimi bütün dünyaya hökm edəcək. Digər ölkələrdə məscidlər, binalar tikdirəcək”. Yəni böyük bir arxitektura sənət inkişaf edəcək. “9 il kimi az bir möhlət edəcəyi cəhd və digər işlərə çatmaz”. Yəni bu səylərə çatmaz.

“Üçüncüsü, onun zamanında ömürlər uzanacaq. Ömürlərin uzanması Mehdi (ə.s)-ın də uzun ömürlü olmasını tələb edir. Əks halda ömürlərin uzanmasının bir mənası qalmaz” -deyir. Yəni, Mehdi (ə.s)-ın ömürü uzun olmazsa, oradakı hədisin bir mənası qalmaz.

“Dördüncüsü, o, Rumlarla 9 illik bir barış razılaşması edəcək”. Yəni müsəlman olmayanlarla barış razılaşması edəcək. “Buna görə, Konstantiniyyədə iqamət edəcək”. Yəni Romada və İstanbulda iqamət edəcək. “Oraya iki dəfə gedişi və gəlişi illər alacaq”. Yəni Mehdi (ə.s)-ın Romada uzun müddət qalacağı deyilir. “Süfyani ilə mübarizə aparacaq. Hindistanı və digər ölkələri mənən fəth edəcək. Bu, şübhəsiz ki, illər çəkəcək. Bütün bu işlər, hökmranlığın müddətinin 9 ildən çox olduğunu göstərir. Elə isə 7 il yazılması, bütün ölkələrə tam mənasıyla hakim olması etibarı ilədir”. Dünya hakimiyyəti yeddi ildir. “Bu da Roma şəhərini fəth etdikdən sonra baş verəcək. 9 ilə sona çatması Konstantiniyyəni (İstanbulu, mənəvi fəthi), 19 ilə sona çatması …” Bax burada da çıxır 19; Qurandakı 19 rəqəmi. “Süfyani Dəccalı məğlub etməsi və digər ölkərə hakim olması bütün insanların ona beyət etməsi etibarı ilədir. Yəni, bu zamanda keçən müddət etibarı ilədir ki, bu da 19 ili əhatə edir”. deyir. Mehdi (ə.s)-ın dünya hakimiyyəti sırf 9 il deyil, 19 ildir, inşaAllah.