Radikal qəzetinin 20 noyabr 2007-ci il tarixli sayında “Yoxsa təkamül zamanımı yaxınlaşır?” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, son araşdırmaya əsaslanaraq Afrikanın şərqində iqlim dəyişiklikləri və insanın xəyali təkamülü arasında əlaqə qurulur və yeni bir nağıl ortaya qoyulurdu.

Radikalda nümayiş olunan mövzu ilə bağlı iddia bu sətirlərdə ortaya qoyulurdu:

 

“Tarix əvvəli çağlardakı ani (iqlim) dəyişikliklər, yeni ətrafa uyğunlaşmağa səy göstərən insanın ilk atalarının və bəzi başqa canlıların təkamülünə də təkan verdi”.

 

Aşağıda, əvvəl mövzu ilə bağlı çalışma ilə əlaqədar məlumatlar verilməkdə, Radikalda mövzuyla əlaqədar olaraq ortaya qoyulan təkamülçü yanılmalar cavablandırılmaqdadır.

Radikalda xəbər verilən çalışma, aralarında “University College London”dan Mark A. Maslinin də olduğu yeddi nəfərlik araşdırma qrupu tərəfindən tamamlanmış və “Journal of Human Evolution” jurnalının 22 oktyabr 2007-ci il tarixli sayında nümayiş olunmuş araşdırmadır.1

 

Elm adamları Afrikanın şərqindəki göllərdən geoloji məlumatlar toplamış və tarix əvvəli çağlardakı iqlim dəyişikliklərə dair ipucuları araşdırıblar. Bunda istifadə etdikləri üsullardan biri, göl döşəmələrində yığılmış diatomların quruluşunu araşdırmaq olmuşdur (diatomlar göllərin duzluluq nisbəti və dərinliyi kimi xüsusiyyətləri haqqında məlumat təmin etməkdədir). Bu məlumatlar, bölgədə son üç milyon il ərzində ani iqlim dəyişikliklərinin olduğu 3 dövrə işarə etməkdədir. Maslin, Radikalda bununla əlaqədar olaraq bu şərhləri edir:

 

“Bir zamanlar dünya cənnət bağçası kimi idi; çoxlu təzə su, meşələr, çaylar, insanların asan yaşaya biləcəyi açıq sahələr vardı. Sonra birdən gündüz istilik 45 dərəcəyə yüksəldi, suyun qıtlaşdığı günlər başladı”.

 

Araşdırmaçılar yalnız geoloji məlumatlar ortaya qoyan çalışmalarını, özləriylə əlaqəsi olmayan bir iş sahəsinin, paleoantropolojinin nəzəriyyələriylə birləşdirdiklərində, iqlim dəyişikliklərinin yaşandığı dövrlərin, xəyali olaraq insanın xəyali təkamülünün pillələri olaraq göstərilən Australopithecus, Homo habilis və Homo erectusun ortaya çıxdığı dövrlərə bərabər gəldiyi nəticəsinə gəlmişlər. Və əldə etdikləri məlumatları insanın təkamülü ssenarisinə uyğunlaşdıraraq elm və məntiqdən kənar bu nağılı ortaya qoymuşlar. Radikal yazısında mövzu ilə bağlı nağılı bu sözlərlə izah edilməkdədir:

 

“Nyu Yorkdakı Adelphi Universitetindən mütəxəssislər, Afrikanın şərqindəki çox qədim göllərlə əlaqədar coğrafi araşdırma apardı və iqlimdə ən ani və diqqətə çarpan dəyişmələrin yaşandığı üç dövrü 2.5 milyon, 1.5 milyon və 1 milyon il əvvəli olaraq müəyyən etdi. Bu tarixlər, ilk insan növü “Homo habilis”in, qüvvətli meymun növü olan “Australopithecus afarensis”in və daha inkişaf etmiş insan növü olan “Homo erectus”un ortaya çıxışıyla üst-üstə düşür”… “Hominid”in təkamülləşən yeni növlərinin 80%-i, iqlimin bu “zərbə dövrləri”ndə meydana gəlmişdir. Bu vəziyyət, yeni insan növlərinin, iqlimin son dərəcə dəyişən olduğu zamanlarda ortaya çıxdığını göstərir”.

 

Burada coğrafi iqlim fərqləri haqqında edilən bir araşdırma, təkamül təbliğatı üçün açıqca istifadə edilmişdir. Halbuki dünyada mövzuyla əlaqədar bütün elm adamları və mövzu haqqında çalışmaları izləmiş hər ağılı başında adam bilər ki, “hominidin təkamülləşən növləri” ifadəsi saxta ifadədir. Insanın təkamülləşdiyinə dair tək bir dəlil yoxdur. Bütün paleontoloji dəlillər, insanın bütün mükəmməl xüsusiyyətləri ilə bir anda yaradılmış olduğunu göstərməkdədir. Bu səbəbdən iqlim dəyişmələri istifadə edilərək yaradılmış olan bu yazı, yalnız saxta nəzəriyyənin təbliğatını etmək üçün yazılmışdır.

 

Gizli fərziyyələr və gizlənən həqiqətlər

Təkamülçü iddialar ehtiva edən elm xəbərlərini oxumada diqqət yetirilməsi lazım olan təməl nöqtə, xəbər verilən elmi işin ortaya qoyduğu məlumatları, araşdırmaçıların etdiyi gizli fərziyyələrdən təhlil etməkdir. Bu təhlili etdiyimizdə bunları görməkdəyik:

 

  1. Əldə edilən məlumatlar paleoantropoloji ilə əlaqədar deyil. Bunlar yalnız geoloji məlumatlardır və bölgədəki iqlim dəyişiklikləri haqqında məlumat verməkdən kənara keçməməkdədirlər.
  2. İnsanın təkamülü ssenarisinin fərziyyələrini dəstəkləyən şey bu geoloji məlumatlar deyil, onu doqma olaraq mənimsəmiş olan araşdırmaçılardır.
  3. İqlim dəyişmə ilə adı çəkilən növlərin ortaya çıxışı əlbəttə üst-üstə düşə bilər. Ancaq “üst-üstə düşmə”, adı üzərində yalnız “üst-üstə düşmə”dir və ortaya hər hansı səbəb-nəticə əlaqəsi qoymamaqdadır. Məsələn, planet və ulduzların mövqeyi ilə müəyyən insan davranışları da bəzən üst-üstə düşə bilər və bunlar qəzet səhifələrində ulduz falların mövzusu ola bilər. Ancaq bu kimi fallar təcrübi olaraq səbəb-nəticə əlaqəsinə oturdula bilməyən, bu səbəbdən elmi sayılmayan nağıllardan ibarətdir. Eyni şəkildə bir bölgədə qıtlıq başlamasının və havanın çox istiləşməsinin o bölgədə yaşayan meymunabənzər bir canlının iki ayaq üzərində duracağını, beyninin iki misli böyüyəcəyini, tüklərinin töküləcəyini, əl və ayaqlarındakı qıvrımların itəcəyini və daha həssas hərəkət və duyğu qabiliyyəti qazanacağını təmin edəcəyinə dair də heç bir təcrübi dəlil yoxdur. Radikalda yazılanlar, yalnız geoloji məlumatların təkamül nağıllarıyla qərəzli şəkildə “üst-üstə düşdü”yü” göz boyayıcı təbliğatdan ibarətdir.

 

Həm də bunu da ifadə etmək lazımdır ki, Radikal xəbərində, “təsdiqləmə ön mühakiməsi” ortaya qoyulmaqdadır. Bir başqa deyişlə, iqlim dəyişməsi və növlərin ortaya çıxışıyla əlaqədar olaraq, istənən istiqamətdə məlumatlar ortaya qoyulmaqda, ziddiyyət təşkil edənlər isə saxlanmaqdadır. Gerçəkdə, yer üzündəki milyonlarla illik varlığı boyunca çox miqdarda və əhatəli iqlim və ekoloji dəyişikliklərə məruz qalmış, buna baxmayaraq, bədən quruluşunu heç dəyişmədən qorumuş çox sayda “yaşayan fosil” növü vardır. Məsələn, Cnnturk.com saytında 24 fevral 2005-xi il tarixində “Milyonlarla illik fosillər” başlığıyla nümayiş olunan bir xəbərdə, paleontoloqların 110 milyon illik dəniz tısbağalarıyla 40 milyon illik timsah fosilləri tapdığı, ancaq bunların “iqlim dəyişikliklərə baxmayaraq” dəyişmədən günümüzə gəldikləri bildirilməkdədir.

  1. Növlərin genetik məlumatı, DNT-lərində sabitdir və digər növlərinkindən aşılmaz sərhədlərlə ayrılmışdır. İqlim dəyişiklikləri quraqlıq meydana gətirə bilər, dəniz və göllərin duzluluq nisbətlərini dəyişdirə bilər ancaq bu dəyişmələr, canlıların bioloji xüsusiyyətlərini, məsələn, bədənlərində suyun və duzun qorunması ilə əlaqədar fizioloji sistemlərini dəyişdirməz. Çünki bu xüsusiyyətlər genetik olaraq kodlaşdırılmışdır və DNT-dəki düzülmə, ekoloji dəyişikliklərə uyğunlaşacaq istiqamətdə özünü yenidən quraşdırıb dəyişmə tutumuna sahib deyil.
  2. Canlıların ekoloji dəyişikliklər qarşısında ortaya çıxan ehtiyacları, yeni orqanlar, yeni sistemlər yaratmaz. Təkamülçülərin bədənsəl strukturlardakı çevrilmələrə mexanizm olaraq təklif etdikləri ancaq daim zərərli olduqları təcrübələrlə sabit olan təsadüfi mutasiyalar da “ehtiyaclara” görə ortaya çıxmazlar. Tanınmış təkamülçü Duqlas Futuyma mövzu ilə bağlı bunları ifadə etməkdədir:

 

“Növlərin uyumsal “ehtiyacları” uyğunlaşdırıcı mutasiyanın ortaya çıxacağı ehtimalını yüksəltməz; mutasiyalar o anın uyumsal ehtiyaclarına yönəlmiş deyil. Mutasiyaların səbəbləri vardır, ancaq növlərin uyğunlaşma ehtiyacları bunlardan biri deyil.” (2)

 

Təkamülçülərin klassik əfsanəvi izahatlarında beynin böyüməsi, alət istehsalını təmin edən əl və göz koordinasiyasının inkişafı, əlləri sərbəst buraxan iki ayaqlı gedişin inkişafı kimi xəyali çevrilmələrdən danışılar. Ancaq görüldüyü kimi ekoloji faktorların, bir meymunun DNT-ni, bütün bu xüsusiyyətləri qazanacaq şəkildə mutasiyalara uğratması və onları istiqamətləndirməsi elmi olaraq mümkün deyil. Bunlar yalnız təkamülçülərin nağıllarında yaşayan hekayələrdir.

  1. “Ortaya çıxmaq”, “təkamülləşmək” demək deyil. Radikal yazısında da ifadə edildiyi kimi, iqlim dəyişmələrin üst-üstə düşdüyü dövr, bu növlərin “ortaya çıxış” dövrüdür. Ortaya çıxış isə yalnız bir canlının fosil qeydlərində ilk dəfə görüldüyü dövrü ifadə edər və canlının başqa bir canlıdan təkamülləşməsi mənasına heç bir şəkildə gəlməməkdədir.

Paleontoloqların fosil qeydləriylə əlaqədar şərhlərinə baxıldığında, növlərin “ortaya çıxış”ın ani olduğu və daha əvvəlki növlərdən pilləli keçid ortaya qoymadığı gerçəyi görülməkdədir. Harvardlı təkamülçü paleontoloq olan Stefan Cey Qould bu gerçəyi aşağıdakı sözlərlə ifadə etmişdir:

 

“Hər hansı bir lokal bölgədə, bir növ, atalarından pilləli fərqliləşmələrə uğrayaraq mərhələ-mərhələ ortaya çıxmaz; bir anda və “tamamilə şəkillənmiş” olaraq meydana çıxar.” (3)

 

Oxford Universiteti Zooloji Kolleksiyalar rəhbəri Tom Kemp isə “Fossils and Evolution” (Qalıqlar və təkamül) adlı 1999-ci ildə çap olan kitabında bu vəziyyəti belə qəbul edər:

 

“Yeni canlı kateqoriyaları az qala bütün vəziyyətlərdə fosil təbəqələrində təyin edici xarakteristikaları onsuz da mövcud olaraq və bilinən atasal qrupları olmadan çıxarlar.” (4)

 

  1. Radikal yazısında, elm adamları təkamül nəzəriyyəsinə güclü dəstək təmin etmişlər və ortaya qoyduğu iddiaların heç bir müzakirəli istiqaməti yoxmuş kimi təəssürat verilməkdədir. Halbuki elm adamlarının ortaya qoyduqları bu iddia hələ təkamülçülər arasında da müzakirəlidir və Radikal qəzeti bu müzakirələri oxucularından gizlətməkdədir. Əslində araşdırmaçıların iddiaları ciddi tənqidlər almışdır.

Məsələn, daha əvvəl “Science” jurnalında nümayiş etdikləri çalışmaların şərh yazan və Vaşinqton D.C-dəki Təbiət Tarixi Milli Muzeyindən paleobioloq olan Anna K. Behrensmeyer, “hominid fosillərini saxlayan yer çanaqların iqlim dəyişmələrini üstünü açmaq baxımından çətinliklər ortaya qoyduğunu” yazmışdır.

Behrensmeyer ayrıca dəyişkənlik göstərən göl səviyyələrinin, “necə olub da Homonun atalarına seçilim təzyiqi tətbiq edib ilk insanları ortaya çıxarmış ola biləcəyinin” araşdırmaçıların çalışmalarına qarşı hələ açıqlıq daşımadığını da yazmışdır. (5, 6)

Dünyanın qabaqda gedən paleoantropoloqlarından olan və Londondakı Təbiət Tarixi Muzeyinin paleontologiya bölməsi başçısı Kris Stringer də yenə araşdırmaçıların daha əvvəl nümayiş olunan paralel işinin, insanın ortaya çıxışıyla uyğun gəldirilməsindəki tərəddüdlərini dilə gətirmişdir. Stringer, Şərqi Afrikadakı iqlim dəyişmələrə dair “çox yaxşı” dəlillər təmin etdiyini ancaq bu ekoloji dəyişmələri müsbət şəkildə insanın ortaya çıxışına bağlaya bilmək üçün başqa detallı işlər görülməsinin lazım olduğunu söyləmişdir. (7)

 

Nəticə:

Görüldüyü kimi, iqlim dəyişikliklərin bir canlını başqa canlıya çevirən səbəb olduğu iddiası həm elmi dayaqdan məhrumdur həm də təkamülçülər arasında da ümumi qəbul görmüş deyil. Radikal qəzeti xəbərində, təkamülçülər arasındakı müzakirələr kimi mövzunun ziddiyyətli istiqamətləri və araşdırmaçıların, “ortaya çıxışı” heç bir dəlil olmamasına baxmayaraq təkamül qəbul etmələri kimi gerçəklər oxuculardan gizlənməkdədir. Adı çəkilən Australopithecus və Homo habilis tam bir meymun, Homo erectus isə tam bir insandır. Bunlar arasında fərz edilən təkamüllü keçidlər elm ədəbiyyatında göstərilmiş deyil. Radikal qəzetinə darvinizmin etibarsızlığını qəbul etməsini və nəzəriyyəyə olan ideoloji bağlılığını elmdən kənar təbliğatla davam etdirməkdən imtina etməsini tövsiyə edirik.

 

 

(1) Martin H. Trauth et. al, “High- and low-latitude forcing of Plio-Pleistocene East African climate and human evolution”, J Hum Evol. 22 oktyabr 2007.

(2) Futuyma, Douglas J. (1983), Science on Trial (New York: Pantheon, 1983, səh. 137-138)

(3) S. J. Gould, “Evolution”s Erratic Pace”, Natural History, vol. 86, may 1977

(4) TS Kemp [Curator of Zoological Collections], Fossils and Evolution, Oxford University, Oxford Uni Press, səh. 246, 1999

(5) Anna K. Behrensmeyer, “Climate Change and Human Evolution”, Science Vol. 311. no. 5760, 27 yanvar 2006, səh. 476-478

(6) James Owen, “Did Climate Change Trigger Human Evolution?”, 2 fevral 2006, http://news.nationalgeographic.com/news/2006/02/0202_060202_evolution.html

(7) Olivia Johnson, “Climate change marks dawn of man”, BBC NEWS, 19 avqust 2005, http://news.bbc.co.uk/2/hi/science/nature/4164022.stm

QEYD: Radikal qəzetində insanın sözdə təkamülünün xəyali pillələri olaraq göstərilən Australopithecus, Homo habilis və Homo erectus arasında heç bir təkamüllü əlaqə yoxdur. Diləsəniz bu mövzuda daha çox məlumat üçün aşağıdakı saytları araşdıra bilərsiniz: