“Hürriyet” qəzetinin 10 may 2008-ci il tarixli sayında, “Yer üzünün ən qəribə heyvanı” adlı xəbər nəşr olundu. Xəbərdə; məməli, quş və sürünənlərin bəzi xüsusiyyətlərini mozaika olaraq strukturunda saxlayan Ördəkburun canlısının DNT düzülməsinin elm adamlarına görə ifşa edildiyi bildirilir, “Ördəkburunun gen analizinin, aralarında insanların da olduğu məməlilərin milyon illər əvvəl necə xəyali şəkildə təkamül keçirdiyinin açıqlanmasına kömək olmasının ümid edildiyi” ifadə edilirdi.
Ancaq həmin canlının genomundan yola çıxaraq məməlilərin guya təkamülünə aid ortaya qoyulan bu iddianın hər hansı obyektiv əsası yoxdur. Canlıların mənşəyini əvvəldən doqmatik olaraq təkamül şəklində qəbul edən elm adamları, Ördəkburunun məməlilərlə təkamülü tarixi paylaşdığını fərz edir, genomlarındakı struktur və düzülmə quruluşunun xüsusiyyətləri də bu istiqamətdə izah edilir. Gerçəkdə Ördəkburun, məməlilərin təkamülü ssenarisi üçün heç bir elmi dəlil vermir, əksinə, təkamül nəzəriyyəsi üçün böyük çıxılmaz vəziyyət meydana gətirir.
Təkamülçülərin Ördəkburun dilemması
Avstraliya və Tanzaniyada göl və çaylarda yaşayan Ördəkburunun elmi adı “Ornithorhynchus anatinus”dur. Erkəklərinin boyu 50 santimetrə çatır, dişilərinki isə bundan 20% daha azdır. Ördəkburun, xəbərdə də ifadə edildiyi kimi “kürkü olduğu və balalarını əmizdirdiyi üçün məməli sinfinə girib. Quyruğunu qunduz kimi sallayan bu heyvan, quş dimdiyi və sürünən zəhərinə sahib olmaq kimi xüsusiyyətlər də kəsb edir. Ümumiyyətlə su altında yaşayan bu heyvanlar, zəhərlərini arxa ayaqlarında daşıyırlar. Ördəkburun eyni bir məməli kimi tüklərə malikdir və balalarını əmizdirir, amma sürünənlər kimi yumurtlayaraq çoxalır və zəhər istehsal edir. Eyni quşlar kimi dimdiyə malikdir, amma eyni suda-quruda yaşayanlar kimi zamanının böyük hissəsini suda keçirir. Ördəkburun, bütün bu xüsusiyyətlərin ortaya qoymaq kimi, tamam başqa canlı qruplarına aid xüsusiyyətləri üzərində saxlayan “mozaika” canlıdır. Təkamülçülər bir zamanlar bu canlını ara forma kimi göstərməyə çalışsalar da bu iddia, paleontologiyanın qabaqcıl nüfuzları tərəfindən tərk edilmişdir. Stefan Cey Qould, Ördəkburun kimi “mozaika canlılar”ın ara-keçid forması olaraq qəbul edilməyəcəyini açıq ifadə edir. (S. J. Gould & N. Eldric, Paleobiology, Vol 3, 1977, səh. 147) Onsuz da təkamülçülərin əllərində, Ördəkburundakı bu mozaika xüsusiyyətlərin digər canlı qruplarından necə təkamül keçirəcəyinə aid heç bir dəlil yoxdur, bu mövzuda tək bir fosil dəlili göstərə bilmir.
Darvinizmə görə bu mozaika canlının bütün təəccüblü və fərqli xüsusiyyətlərinin eyni anda və qüsursuz şəkildə fərqli canlılardan təkamül keçirməsi lazımdır. Lakin darvinistlərin əlində bu mövzunu izah edəcək tək bir elmi tapıntı və tək bir dəlil yoxdur. Ördəkburunun fərqli canlılarda olan bu canlıya xas xüsusiyyətləri darvinistlər tərəfindən qətiyyən izahsızdır. Əslində təkamül nəzəriyyəsi üçün açıq dilemma meydana gətirən belə bir canlının təkamülə dəlil kimi təqdim edilməyə çalışılması, təkamülçü təhriflərin necə ölçülərə çatacağını görmək baxımından əhəmiyyət daşıyır.
Məməlilərin iddia edilən təkamülü heç bir dəlilə əsaslanmır
“Hürriyet” xəbərində Ördəkburun üzərindəki bu araşdırmanın, “məməlilərin milyon illər əvvəl necə təkamül keçirdiyinin açıqlanmasına kömək olmasının ümid edildiyi” şəklində ifadəyə yer verilir. Halbuki məməlilərin təkamülü ssenarisi heç bir elmi dəlillə dəstəklənməyən və tamamilə doqmatik olaraq ayaqda tutulmağa çalışılan nağıldan ibarətdir.
Təkamülçü mənbələrə baxdığımızda, məməlilərin mənşəyi mövzusunda israrlı səssizlik olduğunu görərik. Buna görə təkamülçü paleontoloq Roger Levin, “ilk məməliyə necə keçildiyi hələ bir sirdir” demək məcburiyyətində qalır. (Roger Levin, “Bones of Mammals, Ancestors fleshed Out”, Science, cild 212, 26 iyun 1981, səh. 1492)
20-ci əsrin ən böyük təkamül nüfuzlarından və Neo-darvinist nəzəriyyənin banilərindən biri olan Corc Qaylord Simpson isə təkamül nəzəriyyəsi baxımından çox çaşdırıcı olan bu həqiqəti belə ifadə edir:
Dünya üzərindəki həyatın ən qarışıq hadisəsi, mezozoy dövrünün, yəni sürünənlər dövrünün, məməlilər dövrünə birdən dəyişməsidir. Sanki bütün baş rol aktyorluğunun çox sayda və növdə sürünənlər tərəfindən üzərinə götürüldüyü bir oyunun pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldığında isə, bu dəfə baş rolda məməlilərin yer aldığı və sürünənlərin bir kənara itələndiyi yeni bir dövr başlamışdır. Ortaya çıxan məməlilərin əvvəlki dövrə aid izləri isə yoxdur (George Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, səh. 42).
Bir təkamülçünün ağzından bu ifadələr şübhəsiz ki, bir etirafdır. Ancaq burada təkamülçülərin açıq söyləməkdən çəkindikləri və qəti gerçək olan nöqtə, nə məməlilərə nə də başqa canlılara aid bir əvvəlki dövrdən qalan tək bir ara fosil nümunəsi tapılmamasıdır.
Nəticə:
Göründüyü kimi, nə Ördəkburunun mozaika xüsusiyyətləri təkamül nəzəriyyəsinə dəlil meydana gətirir nə də məməlilərin təkamülü ssenarisi hər hansı fosil qeydinə əsaslanır. Təkamülçülər, fosil qeydlərində tapa bilmədikləri ara formaları, son olaraq Ördəkburunun genomu araşdırmasını təkamülçü gözləmələrlə bəzəyərək ictimaiyyətin gözünü boyamaya çalışırlar. “Hürriyet” işçiləri bu cür yalanlarla heç nə əldə etməyəcəyini, bir doqma olaraq doğru qəbul etdikləri təkamülçü fərziyyələrdən darvinizm lehində elmi dəlil olaraq təqdim etməkdən imtina etmələrini tövsiyə edirik.