“Daily Telegraph” qəzetinin 21 may 2008-ci il tarixli internet nəşrində, “Missing link fossil settles frog evolution debate (İtkin halqa fosilin qurbağa təkamülü mübahisəsini sona çatdırdı)” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, ABŞ-ın Texas əyalətində 1995-ci ildə ələ keçirilən və yığıldığı muzeydə araşdırılaraq yenidən kəşf edilib “Nature” jurnalında tanıdılan bir amfibiya fosili mövzu edildi. Bəhsi keçən fosil, qurbağaların guya təkamülünə dəlil kimi göstərilməyə çalışılır, bu tapıntılarla birlikdə qurbağa və səməndər içinə alan qrupun guya təkamül mənşələri üzərindəki müzakirənin sona çatdığı qarşıya qoyuldu.

Bu iddia ilə əlaqədar prioritet olaraq ifadə edilməsi lazım olan bir gerçək var. Bəhsi keçən fosilin təkamül nəzəriyyəsinə dəlil kimi göstərilməsi, fosili izah edən tədqiqatçıların mənimsədikləri təkamülçü doqmadan qaynaqlanır. Gerçəkdə isə fosil, qurbağaların guya təkamülü üçün hər hansı dəlil meydana gətirmir. Bütün bunların yanında fosilə yaraşdırılan itkin halqa rolu hələ təkamülçülər arasında belə mübahisəlidir və “Daily Telegraph” yazısı bu müzakirələrə toxunmadığı üçün obyektivlikdən uzaq üslub sərgiləyir.

 

Təkamülçülərin qurbağaların kökü ilə əlaqədar son xəyalları

Dövrümüzdən 300 milyon il əvvəl yaşadığı təxmin edilən və gerobatrachus hottoni olaraq adlandırılan fosilin təxminən 12 sm. uzunluğunda olduğu bildirilir. Təkamülçülərin bu fosili “ara forma” olaraq izah etmələrinin səbəbi, fosilin onurğasız və dişlərinin qurbağa və səməndər ortaq xüsusiyyətlərini sərgilənməsidir.

Darvinistlərin bu canlını ara forma göstərmə mövzusundakı bu təlaş və istəklərinin ən böyük səbəbi, hər mövzuda olduğu kimi, qurbağaların mənşəyi mövzusunda da böyük dilemma içində olmalarıdır. Bəhsi keçən xəbərin çıxdığı “Nature” jurnalında bu vəziyyəti Jason Anderson belə etiraf etmişdir: Dövrümüzə qədər gələn qurbağa mənşəyi, fosil qeydlərindəki böyük morfoloji və temporal boşluqlara görə, onurğalı təkamülündəki ən mübahisəli mövzulardan biridir.

Hər ikisi də amfibiya olduğu üçün qurbağa və səməndərlər arasında bənzərliklər olması əlbəttə ki təbiidir. Darvinistlərin məqsədi, bu açıq bənzərlikdən faydalanaraq olmayan ara fosilləri göstərmək, insanlara heç bir elmi dəlil ilə dəstəklənməyən bir ara fosil yalanını qəbul etdirməyə çalışmaqdır. Bir başqa klassik psixoloji üsul istifadə edilmiş və dövrümüzdəki qurbağalardan fərqsiz olan milyon illik qurbağa fosili, darvinist ideologiyadan imtina etməyən şəxslər tərəfindən təbliğat vəsaiti olaraq istifadə edilmişdir. Halbuki bəhsi keçən fosil əslində təkamülü təkzib edir.

Bununla bərabər, bəhsi keçən fosilin, qurbağaların təkamülü ssenarisinə aid yaradılan xəyali zaman dilimi üzərindəki qəbulları da dəyişdirdiyi görülür. Daha əvvəlki molekulyar müqayisələrdən əldə etdikləri məlumatları təkamülçü ön mühakimələrlə izah edən tədqiqatçılar qurbağaların guya təkamülünün 357-dən 308 milyon il əvvəl reallaşdığını fərz edirlər. Ancaq tapılan bu son fosillə birlikdə bəhsi keçən xəyali təkamül ayrılmanın tarixi 275 ilə 240 milyon il əvvələ gedir. Bu, artıq vərdiş etdiyimiz, darvinizm tərəfindən heç dayanmadan gündəmə gətirilən (gündəmə gətirilmək məcburiyyətində qalan) başqa geriyə çəkilmə hekayəsidir.

 

Təkamülçülərin qurbağaların mənşəyi dilemması

Qurbağaların necə ortaya çıxdıqları mövzusu təkamül nəzəriyyəsinin ən böyük açıqlamasından biridir. Təkamülçülərin sözü gedən fosilin bir itkin halqa olaraq xarakterizə etməsi də bu çıxılmaz vəziyyəti ört-basdır etmək ehtiyacından irəli gəlir. Əvvəlcə qeyd etmək lazımdır ki, qurbağalar milyon illər əvvəl də bugünkü xüsusiliyi ilə mövcud idilər. Ələ keçirilən bütün fosillər bu həqiqəti açıq şəkildə ortaya qoyur.

Darvinistlər guya qurbağanın əcdadının balıqlar olduğunu iddia edirlər. Ancaq bu iddialarını sübut edəcək heç bir tapıntıları yoxdur. Əksinə, elmi tapıntılar iki növ arasında çox böyük anatomik fərqlər olduğunu və birinin digərindən törədiyinin qeyri-mümkün olduğunu göstərir. Bu elmi tapıntılardan biri də fosil qeydləridir. Fosil tapıntılarına görə üç təməl amfibiya kateqoriyası da birdən ortaya çıxmışdır.

Qurbağaların və səməndər daxil olduğu qurbağa və onların guya təkamül əcdadları olan balıqları bir-birinə bağlayacaq heç bir ara forma yoxdur. “Vertebrate paleontology and evolution” kitabının müəllifi Robert L. Karol, bu gerçəyi “erkən amfibiyalarla balıqlar arasında ara keçid forma fosillərinə sahib deyilik” deyərək istəməyərək də olsa ifadə edir. (R. L. Carroll. Vertebrate Paleontology and Evolution, W. H. Freeman and Co., New York, 1988. Səh. 4) Karol, eyni kitabında bu şərhləri də edir:

 

Fosil qeydlərində ilk ortaya çıxdıqda, həm qurbağalar həm də səməndərlər skelet quruluşu anatomik cəhətdən təməldə olduqca müasirdir… Qurbağalar, səməndərlər və skelet quruluşu anatomik və həyat formaları cəhətdən həm indi, həm də fosil qeydlərində bir-birlərindən çox fərqlidirlər… Bu üç fərqli komandanın da xüsusiyyətlərini saxlayacaq hər hansı bir əcdadının fosil izinə rast gəlinməmişdir. (R. L. Carroll, Vertebrate Paleontology and Evolution, səh. 180-182)

 

“Daily Telegraph”, gerobatrachus hottoni üzərindəki müzakirələri oxucurlardan gizlədir.

“Daily Telegraph” qəzetindəki yazıda, gerobatrachus hottoni fosili ilə əlaqədar müzakirələr dilə gətirilmir və tək istiqamətli olaraq təkamülçü fərziyyələr elmi gerçək kimi köçürülməyə çalışılır. Bəhsi keçən canlı fosilini “itkin halqa” mövqeyinə gətirməyə istiqamətli təbliğat edildiyi açıq-aydın görülür. Gerçəkdə bu fosil təkamülçülərin qurbağaların mənşəyi sahəsində içində olduqları dilemmanı aradan qaldırmamışdır və buna aid edilən xüsusiyyətlər təkamülçülərin öz arasında belə mübahisəlidir.

Məsələn mövzuyla əlaqədar olaraq “National Geographic News” saytında yer alan sözlərində, fosil qurbağa və sürünənlər üzərində mütəxəssis olan Con Bolt, bu canlının dövrümüzdəki səməndər və qurbağalarının ortaq əcdadı olduğunu deməyin çətin olduğunu ifadə edir. Əlavə olaraq bu növə aid əldə tək bir növünün olduğunu, bunun da skeletinin əksik olduğunu ifadə edir. Bolt, “Bu nöqtədə bu canlı qəti olaraq qurbağa və səməndər ortaq əcdadının bir nümayəndəsidir deyə bilmərəm” –deyir.

 

Gerobatrachus fosilinin təkamülçülərə endirdiyi zərbə də gizlənməyə çalışılır.

“Daily Telegraph” qəzeti təkamül nəzəriyyəsinə dəlil olaraq tanıtmağa çalışdığı fosilin əslində təkamülü rədd edən xüsusiyyətlər ortaya qoyduğunu da oxuculardan gizlədir. Gerçəkdə bu fosil, qurbağaların anatomik xüsusiyyətləri baxımından hər hansı bir “ara” xüsusiyyət ortaya qoymadığını, tam əksinə, yüz milyon illik bu fosil qurbağanın dövrümüzdəki qurbağalarla eyni xüsusiyyətlərə sahib olduğunu ortaya qoyur. Qurbağaların təməl quruluşunun yüz milyon illərdir dəyişmədiyini ortaya qoyan bu fosil qarşısında Bolt təəccübünü bu sözlərlə ifadə edir:

 

Bu işin mənə göstərdiyi ən təəccübləndirici şey, bu canlının bu dövrdə gözlənilməyəcək qədər qurbağaya bənzəməsidir. Bu dövrə aid olub da bu cür müasir görünüşlü olan hər hansı bir canlı daha əvvəl təyin olunmamışdı. Bu tamamilə təəccübləndiricidir.

 

 

Nəticə:

Göründüyü kimi qurbağaların əcdadı olaraq göstərilməyə çalışılan bir fosil əslində qurbağaların yüz milyon illər əvvəl yaşayan ən qədim nümunəsini təşkil edir və dövrümüzdəki qurbağalarla təməldə eyni xüsusiyyətlərə malikdir. Bu xüsusiyyəti ilə də qurbağaların heç bir təkamül keçirmədiklərini, yüz milyon illər əvvəl də qurbağa olduqlarını, yəni bugünkü görünüşlərində olduqları kimi yaradıldıqlarını göstərir.

“Daily Telegraph” qəzetinə və yazını qələmə alan elm yazarı Roqer Hayfild dəlillər üzərindəki təkamülçü izahı qeyri-obyektivlikdən və doqmatizmdən uzaq, obyektiv anlayışda çatdırmalarını tövsiyə edirik.