BBC.co.uk internet saytında, “Fossil fills out water-land leap” başlıqlı xəbər nəşr olundu. 25 iyun 2008-ci il tarixli yazıda, ilk nümunələri 1994-ci ildə olan və ortaya çıxarılan son parçalarıyla “Nature” jurnalında ventasteqa kuronika fosil tapıntısı təqdim edilirdi. Haqqında danışılan fosilin, təkamülçülərlə sudan quruya keçid ssenarisinin mərhələsi olaraq irəli sürüldüyü görülür və bu tapıntılarla bu xəyali keçidin boşluqlarından birinin tamamlandığı kimi heç bir elmi təmələ söykənməyən iddia irəli sürürdü. Aşağıda, BBC xəbərində ortaya qoyulan sözü gedən təkamülçü iddianın söykəndiyi ön mühakimələr göstərilir və bu tapıntılarla xəyali təkamülün sudan quruya keçid dilemmalarının niyə keçmədiyi ortaya qoyulur.

 

Digər mozaika canlılar kimi, ventasteqa də darvinizmə dəlil meydana gətirir

BBC xəbərində “dörd-ayaqlı balıq” olaraq xarakterizə edilən ventasteqanın fosilləri, Baltik ölkələrindən Latviyanın qərb hissəsində ələ keçirilmişdir və çiyin, çanaq sümükləri yaxşı qorunmuş kəllə sümükdən meydana gəlir. Yaşı dövrümüzdən təxminən 365 milyon il əvvələ qədər uzanan fosil, bəzi mozaika xüsusiyyətlər daşıyır. Mozaik canlılar, fərqli canlı qruplarının anatomik xüsusiyyətlərini bədənlərində bir yerdə saxlayan canlılardır. Məsələn Avstraliya və Tanzaniyada göl və çaylarda yaşayan platypus, kürkü olduğu və balalarını əmizdirdiyi üçün məməli sinfinə girir. Quyruğunu qunduz kimi sallayan bu heyvan, quş dimdiyi və sürünən zəhərinə sahibdir. Platypus eyni məməli kimi tüklərə malikdir və balalarını əmizdirir, amma sürünənlər kimi yumurtlayaraq çoxalır və zəhər istehsal edir. Eyni quşlar kimi dimdiyə malikdir, amma eyni suda-quruda yaşayanlar kimi vaxtının böyük hissəsini suda keçirir.

Ventasteqa tapıntısı da kəllə anatomiyası ilə torpaq onurğalılarına bənzədiyi halda üzgəcləri və düzgün quyruğu olan, dənizdə yaşamağa uyğundur, bir sözlə mozaika xüsusiyyətlər ortaya qoyan canlıdır. Təkamülçülər bu xüsusiyyətlər səbəbiylə ventasteqayı ara-forma və mediada təbliğat vəsaiti olaraq istifadə etməyə çalışırlar. Halbuki mozaika canlılar darvinizmə dəlil vermir. Canlı, fərqli xüsusiyyətlərə qüsursuz şəkildə malikdir və bu xüsusiyyətlər o canlı üçün xüsusi fizioloji-birlik içində çalışır. Stefan Cey Qould kimi qabaqcıl təkamülçü paleontoloq da “mozaika canlıların” ara-keçid forması olaraq qəbul edilməyəcəyini açıq ifadə edir. (S. J. Gould & N. Eldric, Paleobiology, Vol 3, 1977, səh. 147)

Darvinizm, canlılardakı orqan və sistemlərin kiçik dəyişmələr yolu ilə və pilləli olaraq təkamül keçirdiyini iddia edir. Ancaq darvinizm, mozaika canlıların fərqli xüsusiyyətləri üçün heç bir pilləli inkişaf göstərmir. Bu xüsusiyyətlərin hamısı, tam formalaşmış və funksional şəkildə canlının üzərindədir. Təsadüfi inkişaf iddiasında olan təkamül nəzəriyyəsinə görə, fosil qeydlərində orqan və sistemləri təsadüfi mutasiyalarla deformasiyaya uğramış və yaxud yarı inkişaf etmiş çox sayda nümunə olması lazım olduğu halda, paleontoloqlar bunlardan əsər tapa bilməmişlər. Necə ki, bu səbəblə “Rethinking Anthropology” adlı kitabın yazıçısı E.R. Liç, “Nature” jurnalında bir yazısında bunları yazmışdır:

 

Fosil qeydlərindəki əksik halqalar Darvini narahat edirdi. Bunların gələcəkdə tapılacağından əmin idi, ancaq bu itmiş halqalar hələ əksikdir və əksik olaraq qalmağa davam edəcək. (E.R. Leach; Nature, 293: 19, 1981)

 

Bir dövrün ən qabaqcıl paleontoloqlarından A.S. Romer isə eyni mövzuda bunları söyləmişdir:

 

Bağlantılar, tam da (növlər arasında keçid göstərmək üçün) onlara ən çox ehtiyac duyduğumuz məqamlarda belə tapılmır və mütləq bir çox əlaqə yenə tapılmayacaq. (A.Ş. Romer, chapter in Genetics, Paleontology and Evolution (1963), səh. 114.)

 

Xəyali və doqmatik iddia: Sudan quruya keçid nağılı

Təkamül nəzəriyyəsi canlılardakı dəyişmənin təsadüfi mutasiyaların ortaya çıxardığı fərqlərdən faydalı olanlarının seçilməsinə əsaslandığını irəli sürür. Ancaq mutasiyaların canlıların DNT-sinə yeni genetik məlumat əlavə edərək onların təkamül keçirəcək heç bir gücü olmadığı yaxşı bilinən həqiqətdir. Əgər bir balıq, tənəffüs sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi fərqli istiqamətlərdən çox sürətli şəkildə dəyişməzsə, məcburən öləcək. Elə bir mutasiya zənciri olmalıdır ki, bu balığa dərhal ağciyər qazandırmalı, üzgəclərini ayaqlara çevirməli, ona bir böyrək əlavə etməli, dərisini su tutacaq quruluşa salmalıdır. Canlının həyatı üçün belə əhəmiyyət kəsb edən sistemlər ya qüsursuz şəkildə birdən dəyişməlidir ya da heç dəyişməməlidir. Təsadüfə əsaslanan və məqsədsiz şəkildə bir müddət müdafiə olunan təkamüldə belə bir dəyişmə qətiyyən mümkün deyil. Ağıllı düşünən hər kəs, mövzuyla əlaqədar tək izahın, balıqların və quru canlılarının ayrı-ayrı yaradıldığını qəbul etməklə mümkün olduğunu görəcəkdir.

 

Bu səbəblə “dənizdən quruya keçid” ssenarisi tamamilə çıxmaz içindədir. Belə ki, təkamülçü bioloqların bu mövzuda ortaya qoyduqları tutarlı fosil dəlili də yoxdur. Təkamülçü paleontoloq Barbara J. Stahl, “Vertebrate history: Problems in evolution (Onurğalı tarixi: Təkamülün problemləri)” adlı kitabında belə yazır:

 

Bilinən balıq növlərinin heç birinin, quruda yaşayan dörd ayaqlıların əcdadı olduğu müəyyən edilmir. Bu balıq növlərinin çoxu amfibiyaların ortaya çıxmasından sonra yaşamışdır. Suda-quruda yaşayanlar əvvəl gələn balıqların, dörd ayaqlılarda olan oynaq və onurğaların hər hansı birini inkişaf etdirdiklərini aid heç bir dəlil yoxdur. (Barbara J. Stahl. Vertebrate History: problems in evolution, dover, 1985. Səh. 148)

 

Ventasteqa üzərindəki iddialar, az miqdarda məlumatların üzərində edilən böyük fərziyyələrə əsaslanır.

BBC xəbərində sudan quruya keçid ssenarisi sanki çox möhkəm dəlillərə əsaslanan, etibarlı nəzəriyyədir, ventasteqa tapıntısı da guya bir ara-forma olaraq bu nəzəriyyənin əhəmiyyətli boşluğunu bağlamış kimi təəssürat ortaya qoyulur. Halbuki sudan quruya keçidin mərhələsi olaraq göstərilən ventasteqa və digər fosil nümunələr, təkamül nəzəriyyəsinə heç bir istiqamətdən dəlil təmin etmir. Əksinə bu canlılar sahib olduqları tam və mükəmməl sistemlərlə təkamül nəzəriyyəsi üçün yeni çıxılmaz vəziyyət təşkil edir. Bu sahədə çalışan elm adamları təkamül nəzəriyyəsini ən başdan bir doqma olaraq mənimsədikləri üçün bu az miqdardakı fosillər üzərində xəyali izahlar verir, fosillər arasında öz fərz etdiyi xəyali əlaqələri qururlar. Quru canlılarının mənşələri mövzusunda ən qabaqcıl mütəxəssislərdən biri və həm də təkamülçü olan Cenifer A. Klak, 2003-ci ildə çap olan kitabında bu sahədəki iddiaların fərziyyəyə əsaslandığını belə etiraf edir:

 

Çox da uzaq olmayan keçmişdə, demək olar ki, heç bir fosil nümunəsi yox idi və fikirlər adətən fərziyyələrə əsaslanırdı. Çoxlu fərziyyə edilmişdi və həmişə olduğu kimi, göstəricilərin miqdarı ilə tərs mütənasib idi. Həqiqətə çatmaq üçün demək olar ki, heç bir real məlumat mövcud deyil və fərziyyələr hələ də davam edir və bu gün əldə edilən hər hansı nəticə sabah yeni bir fosil tapmaqla geriyə çevrilə bilər. (Clack, J.A., Gaining Ground: The origin and evolution of tetrapods, Indiana University press, bloomington, 2002, səh. 3)

 

Nəticə:

BBC elm xəbərləri xidməti, paleontologiya elminin təkamül nəzəriyyəsini çürütdüyünü qəbul etməli, yalandan ibarət olan itkin halqa nağıllarını israrla təkrarlamaqla vəziyyəti dəyişdirməyəcəyini görməlidir.