Adnan Oktar: “Sizə qarşı xəsis və eqoistdirlər”. Yəni, “sizlərə heç bir şeylərini vermək istəməzlər” -deyir Allah. Əhzab surəsi, 19-cu ayədə. Eqoistdir, yəni öz mənfəətlərinin arxasındadır. Heç bir şey vermək istəməz, öz mənfəətlərini düşünürlər. Özlərinin zəngin olmasını, özlərinin yaxşı dolanmasını, özlərinin rahat yaşamasını istəyirlər. Onlara qorxu gəldikdə“, yəni çətin vəziyyətə düşsələr, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən“. “Baxışları pozular” -deyir. Belə dəli kimi, axmaqca, avam bir baxışla baxarlar. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar“. Mala və dünyaya ehtiras göstərərək, bu səfər dilləri bir anda azğınlaşır, kəkinləşir və müsəlmanlara acı dilləri ilə hücum başlayırlar, təhqir, böhtan, oyunla. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir“. Amma mütləq boşa çıxır. Bunlar münafiq olaraq yaradıldığı üçün məğlub olaraq da yaradılırlar. Etdikləri boşa çıxır. “Bu, Allah üçün çox asandır” -deyir Allah.

images (5)