1 iyul 2009-cu il tarixdə “Birmingham Post” qəzeti, yaxın zamanda reallaşdırılan anket nəticəsini səhifələrində yer ayırdı. Bu nəticəyə görə, İngiltərənin paytaxtı Londonda Yaradılışa inananların sayının olduqca artmış olduğu görülürdü. Təkamülə qarşı səs verən bu şəxslər, bütün canlılığı Allahın indiki görünüşü ilə yoxdan var etdiyinə inanırdılar.
Bu nəticə, öz ölkəsində və bütün dünyada ateizmi və darvinizmi yaymağa çalışan və bu məqsədlə olduqca əhatəli bir fəaliyyət icra edən Riçard Davkinsi yəqin ki şoka salıb!
Davkins üçün bəlkə də ikinci əhəmiyyətli şok, təkamül saxtakarlığının sahibi Darvinin ölkəsində, hətta onun öz məmləkəti olan Londonda təkamülün bu dərəcə güclü şəkildə rədd edilməsidir. İngiltərə xalqı, öz ölkələrində təkamül adına deyilən yalanların fərqinə varmış olacaq ki, get-gedə böyük qruplar halında bu yalandan xilas olmağa başlamışlar.
Bu əlbəttə, gözlənilən bir nəticədir. Bütün darvinistlərə, (Davkinsə də), daha əvvəldən xəbər verdiyimiz əhəmiyyətli həqiqət vardı. Onlara, “insanları qaranlıq bir otağa bağladığınızda, Günəşi yalnız bir an belə görsələr, çöldə Günəş olmadığına inandıra bilməzsiniz” demişdik. Bu səbəbdən, elmi dəlillərin hamısının Yaradılış həqiqətini göstərdiyini, 250 milyon fosilin təkamülü rədd etdiyini, tək bir ədəd ara fosil olmadığını bilən insanları, bunun tərsinə inandırmanın mümkün ola bilməyəcəyini ifadə etmişdik. Darvinist saxtakarlıq ortaya çıxarılmışkən, demaqoqluq və saxta nəşrlərin, əvvəlki kimi təkamülə dəstək olmağa çatmayacağını xəbər vermişdik.
İnsanların darvinist demaqoqluğun nə olduğunu öyrəndiklərini, darvinist saxtakarlıqların ifşa edildiyini və dolayısilə Darvinə və darvinizmə saxtakar gözüylə baxmağa başladıqlarını ifadə etmişdik. Lakin buna qarşı Davkins və onun kimi bəzi darvinistlər, təbliğatların, demaqoqluq şərhlərin, saxta fosillərin hələ insanlar üzərində bir təsiri olacağını, darvinist diktatorluğun nə olursa olsun mütləq güclü olacağını zənn edirdilər. Davkins sırf buna güvənərək, avtobus afişalarıyla ateizm təbliğatı edərək insanlara daha təsirli təlqin verə biləcəyini düşünmüşdü. Lakin Davkinsin bütün səyləri geri təpdi.
Avtobus afişalarından çox geniş istifadə edildiyi şəhər olan Londonun vəziyyəti: LONDONDA ARTIQ İNSANLAR ALLAHA İNANIR.
Müxtəlif ölkələrdə, get-gedə artan sayla insanların Allaha yönəlmələri əlbəttə, olmalı olan bir nəticədir. Hər məntiqli insan, qarşısında gördüyü dəlillərdən, yer üzündəki ehtişamlı sənətdən və mükəmməl yaradılışdan tək bir nəticə çıxaracaq. Üstün və güclü Yaradıcının varlığını. Hər ağıllı insan, təkamülün son əsrlərin ən böyük saxtakarlığı olduğunu özünə verilən dəlillərdən rahatlıqla fərq edə bilər. İnsanların saysız dəlil ilə aldadıldıqlarını anlamaları və onlara təqdim edilən dəlillərlə Uca Allahın varlığını görə bilmələri əlbəttə son dərəcə asandır. Məhz bu səbəblə Davkins və ya bir başqa darvinist nə qədər məşğul olursa olsun, insanların beyinlərində inandıqları həqiqətləri dəyişdirə bilməzlər. Artıq buna nə darvinizm təbliğatlarının, nə də darvinist diktatorluğun gücü çatmamaqdadır.