Adnan Oktar: Saffat surəsi, 12: Cənabı Allah “Sən onlara təəccüb edirsən” –deyir. Şeytandan Allaha sığınıram, “onlar isə səni ələ salırlar” -deyir. Ağılsız, axmaq olduqları üçün. Bu axmağın xüsusiyyətidir. 13: “Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. 14: Bir möcüzə gördükdə isə ona istehza edir”. Yəni meymun kimi ağılsız olduğu üçün, ağılı çatmır. Meymunlara da məsələn yemək göstərdiyində qəribə səslərlə gülər, anormal hərəkətlər edərlər. Başı işləmədiyi üçün, heyvan xüsusiyyətidir. Bəzi avamlarda da o var. “Bir möcüzə gördükdə isə ona istehza edir”. 16: “Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?” Şeytandan Allaha sığınıram. 17: “Ya da atalarımızmı dirildiləcəklər?” Deyə soruşurlar. 18: “De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz””. Allah, “Həm də boyun bükmüş olaraq dirildəcəyəm” –deyir. 19: “Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar”. Allah, “Donmuş vəziyyətdə baxırlar” -deyir. 20: “Günahkarlar deyəcəklər: “Vay halımıza!”” “Bu ki, Haqq-hesab günüdür!” -deyirlər. 21: “Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür”” -deyir Cənabı Allah.

images (5)