Təkamül nəzəriyyəsinin heç bir elmi dayağı olmayan iddiasına görə, yer üzündə hələ həyat yox ikən, cansız maddələr təsadüflər nəticəsində bir araya gələrək ilk canlı orqanizmi meydana gətirmişdir. Bu təkamülçü iddiaya görə, ilk canlı orqanizmin təsadüfən inkişaf edə biləcək qədər sadə quruluşa sahib olmalıdır.

 

Halbuki darvinistlər, TƏK BİR ZÜLALIN BELƏ NECƏ ORTAYA ÇIXDIĞINI AÇIQLAYA BİLMİRLƏR.

Tək bir zülalın öz-özünə meydana gələ bilməyəcəyi gerçəyi onsuz da təkamül nəzəriyyəsini tamamilə təməlindən yox edən gerçəkdir. Lakin bir an üçün bu qeyri-mümkün ehtimalın reallaşdığını fərz etsək belə, darvinistlərin iddia etdiyi “ibtidai hüceyrə”nin onsuz da həyatın öz-özünə başlaması ehtimalını çox qəti dəlillərlə ortadan qaldırdığını görərik. 21-ci əsrdə elmin verdiyi məlumatlar, ən sadə quruluşlu deyilə biləcək canlının belə əslində çox kompleks olduğunu və bu səbəblə təsadüfən və özbaşına meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərir.

Bu məlumatı bizə genom araşdırmaları verir. Elm adamları ən kiçik genoma sahib olan canlıların (ekstremofilik arxa və öbakteriyalar) ən az kompleksliyə sahib canlılar olduqları düşüncəsindən yola çıxaraq, bu canlıların təsadüfən və özbaşına meydana gəlmə ehtimallarını hesablamışlar. Burada əhəmiyyətli dərəcədə ifadə edilməli olan nöqtə isə budur: Bu canlılar eyni zamanda elm adamlarının dünyadakı ən qədim həyat forması olaraq gördükləri canlılardır.

Genom araşdırmaları nəticəsində həyat üçün lazım olan ən aşağı zülal sayının 250 ilə 450 arasında olmalı olduğu ortaya qoyulmuşdur. [1] Yəni hüceyrənin struktur xüsusiyyətlərini yaratmaq və həyatın davamı üçün lazım olan təməl funksiyaları yerinə yetirmək üçün eyni anda bir araya gəlməli olan minimum fərqli zülal sayı 250 ilə 450 arasındadır.

Bunu da ifadə etmək lazımdır ki, bu 250-450 minimum zülal sayı, parazit olaraq yaşayan mikroblardan əldə edilən zülal sayıdır. Bir orqanizmin, başqa bir canlı orqanizmdən asılı olmadan yaşaya bilməsi üçün lazım olan minimum zülal sayı isə təxminən 1500 zülaldır. Yəni darvinistlərin, tək bir funksional hüceyrənin meydana gələ bilməsi üçün lazım olan 1500 ayrı zülalın varlığını ayrı-ayrı şərhləri lazımdır. Lakin yenidən xatırlatmaq lazım olsa, darvinistlər tək bir zülalın öz-özünə meydana gəlməsini də açıqlaya bilmirlər.

Bir orqanizmin canlı sayıla bilməsi üçün lazım olan 250 ilə 1500 arasındakı fərqli zülalın təsadüfən, eyni anda və eyni mühitdə özbaşına meydana gəlməsi ehtimalı qeyri-mümkündür.

 

–       Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır

–       Zülal olmadan DNT yaranmaz

–       DNT olmadan zülal olmaz

–       Zülal olmadan zülal yarana bilməz

–       Tək bir zülalın meydana gəlməsi üçün 60 ayrı zülal lazımdır

–       Bu zülalların biri belə əskik olsa zülal var ola bilməz

–       Ribozom olmadan yaranmaz

–       RNA olmadan da zülal yaranmaz

–       ATP olmadan zülal yaranmaz

–       ATP-ni çıxaracaq mitoxondri olmadan da zülal olmaz.

–       Hüceyrə nüvəsi olmadan zülal olmaz

–       Sitoplazma olmadan da zülal olmaz

–       Hüceyrədəki orqanellərdən biri əskik olsa, zülal yaranmaz

–       Hüceyrədəki bütün orqanellərin var olması və çalışması üçün də zülallar lazımdır

–       Bu orqanellər olmadan da heç bir şəkildə zülal olmaz.

 

Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.

Qısacası, BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ZÜLAL BELƏ MEYDANA GƏLƏ BİLMƏZ.

 

Morovitzin ehtimal hesabı

Yuxarıda bəhs edilən ehtimal hesabları, biyofizik Harold Morovitzin etdiyi bir hesablama ilə də uyğundur. Morovitz, E. koli bakteriyasının bütün kimyəvi bağlarını qırıb, E. Koli bakteriyasını meydana gətirən bütün atomların sərbəst qaldığını fərz etmiş və sonra bu atomların yenidən özbaşlarına bir araya gələrək təkrar E. koli bakteriyasını yaratma ehtimalını hesablamışdır. Bu nəzəri təcrübədə həm lazım olan bütün atomlar lazım olan miqdarda mühitdə var, həm də çöldən heç bir başqa atomun aralarına qarışmayacağı fərz edilmişdir. Buna baxmayaraq, yəni bütün lazımi atomlar, lazım olduğu ədəddə və ən əlverişli mühitdə bir yerdə olmalarına baxmayaraq, müəyyən bir nizamda özbaşlarına bir araya gələrək təkrar E. koli bakteriyasını meydana gətirmə ehtimallarının 10100,000,000,000-də 1 ehtimal olduğunu təsbit etmişdir. [3] Bu qeyri-mümkün bir ehtimaldır. Belə bir ədəd kainatda ən az kompleksliyə sahib bir bakteriyanın belə, bütün şərtlər və vəsaitlər bir araya gətirilsə də özbaşına meydana gəlməsinin qeyri-mümkünlüyünü gözlər önünə sərməkdədir.

 

Canlılığın meydana gəlməsi üçün yalnız yetərli sayda zülalın bir araya gəlməsi də kafi deyil

Canlılıq üçün lazım olan sayda zülalın əlimizdə hazır olduğunu düşünək. Hər hansı bir şəkildə meydana gəlməsi qeyri-mümkün olan bu zülalların var olması da TƏK BİR HÜCEYRƏNİN MEYDANA GƏLMƏSİ ÜÇÜN KAFİ DEYİL. Mikrobioloqlar və ya biokimyaçılar, bu zülalların hüceyrə içərisindəki quruluşun da çox əhəmiyyətli olduğunu, əks halda zülalların heç bir işə yaramayacağını açıq ifadə edirlər. Həm də darvinist elm adamlarının da çox yaxşı bildiyi kimi hüceyrə, zülallardan daha çox kompleks olan, zülalları çıxaran orqanellərə və möhtəşəm məlumat bankı DNT-yə malikdir. Canlı bir hüceyrə, bütün bu strukturların hamısının eyni anda, eyni funksiya və quruluşa sahib olaraq, eyni şüur ilə hərəkət etmələriylə mümkün olar. Bu, darvinizmi yıxan ən fundamental gerçəkdir.

1990-ci illərin ortalarına qədər bakteriyaların fövqəladə bir daxili quruluşa sahib olduqları bilinmirdi. Halbuki, artıq tək hüceyrəli protozoanları meydana gətirən kompleks hüceyrələrin (ökaryot) bir nüvə, orqanellər, pərdə sistemləri, bir sitoiskelet, bir çox daxili hissə və molekulyar səviyyədə hüceyrə tərkibini təşkil edən digər tərkiblərdən meydana gəldiyi bilinir. [4] Bu sistemlərin hamısı, fövqəladə dərəcədə kompleksdirlər. Biri digərindən ayrı funksiya görə bilməzlər.

 

Nəticə

Burada verilən məlumatlardan görüldüyü kimi mikrobiologiya, biokimya, genom araşdırmaları, qısacası 20-ci əsrin ikinci yarısına və 21-ci əsrə hakim olan başlıca elmi inkişaflar, təkamül nəzəriyyəsinin bütün iddialarını ortadan qaldırmışdır. Bu elmi nəticələr, darvinizmin qəti olaraq həqiqətdən uzaq, elmdən kənar iddialardan meydana gəldiyini açıq olaraq ortaya qoymuşdur. Təkamülçülərin “çox sadə ilk canlı orqanizm” iddiaları, elmlə çürüdülmüşdür. Bir orqanizmin canlı ola bilməsi üçün lazım olan minimum zülal sayı və minimum komplekslik də, təkamülçülərin təsadüf iddialarıyla açıqlana bilməyəcək qədər kompleksdir və mükəmməl bir təşkilata malikdir. Bütün bu kompleksliklər bir tərəfə, təkamül nəzəriyyəsini, yalnız tək bir hüceyrənin varlığı sona çatdırır.

Canlılığın, Allahın sonsuz ağlı, elmi və gücü ilə yoxdan var edildiyi çox açıq gerçəkdir. Ağıl və vicdanla çox açıq olan bu gerçək, indiki vaxtda saysız elmi məlumatla da dəstəklənilməkdədir.

Quranda Uca Rəbbimizin bənzərsiz yaradılışı üçün belə buyurulur:

 

Göyləri və yeri (bir nümunə əldə etmədən) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız “OL” deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)

 

 

 

[1] Jack Maniloff, “The Minimal Cell Genome:’On Being the Right Size’,” Proceedings of the National Academy of Sciences, USA 93 81996), pp. 10004-10006; Mitsuhiro Itaya, “An Estimation of Minimal Genome Size Required for Life,” FEBS Letters 362 (1995), pp 257-260; Rana and Ross, Origins of Life, p. 163

[2] Rana and Ross, Origins of Life, p. 163

[3] Robert Shapiro, Origins: A Skeptic’s Guide to Creation of Life on Earth (New York:Bantam Books, 1986), p. 128; Rana and Ross, Origins of Life, p. 164

[4] Lucy Shapiro and Richard Losick, “Protein Localization and Cell Fate in Bacteria,” Science 276 (1997), pp.712-718; Rana and Ross, Origins of Life, p. 166