Darvinistlərin uzun zamandır dilə gətirdikləri “meymunların 48 olan xromosom sayı, iki xromosomun birləşməsi nəticəsində zamanla 46-ya düşdü və sonunda insan meydana gəldi” şəklindəki izahları bəzi şəxslər üçün olduqca hiyləli ola bilər. Çünki izahat elmi baxımdan hər nə qədər fövqəladə məntiqsiz olsa da, son dərəcə sadədir və mövzu haqqında məlumatı olmayan kəslər üçün kafi dərəcədə qaneedicidir. Çünki belə şəxslər, tək bir genin fövqəladə kompleksliyindən və təsadüfi heç bir dəyişikliyə, çevrilməyə icazə verməyəcək qədər həssas olduğundan xəbərsizdirlər. Ən əhəmiyyətlisi bu şəxslər, DARVİNİSTLƏRİN TƏK BİR ZÜLALIN MEYDANA GƏLMƏSİNİ BELƏ AÇIQLAYA BİLMƏDİKLƏRİ gerçəyini bilmirlər.
Deyil genlər, hüceyrənin içindəki yalnız bir tək zülal belə öz-özünə, təsadüfən meydana gələ bilməz. Bir zülalın meydana gəlməsi üçün başqa zülallara və hüceyrənin özünə ehtiyac vardır. Genlər isə zülallardan daha kompleksdirlər. Genlərin varlığı üçün həm zülallara, həm də hüceyrənin bütün orqanellərinə ehtiyac vardır. Bu səbəbdən daha bir tək zülalı açıqlaya bilməyən darvinistlərin genlər üzərində fərziyyə etmələri, hekayələr izah etmələri ancaq uşaqları aldadacaq davranışlardır. Lakin indiki vaxtda uşaqlar belə bu saxtakarlıqlara inanmırlar.
Darvinistlərin nə qədər böyük acizlik içində olduqlarının bir dəlili daha
Darvinistlər, meymunlardakı 48 xromosomun, iki xromosomun birləşməsiylə zamanla 46-ya endiyi iddiasını, insanlarda reallaşan bir xəstəlikdən yola çıxaraq uydurmuşlar. İnsanlarda xromosom 2 (iki xromosomun birləşməsiylə yaranan füzyon), ancaq 1000-də bir nisbətində reallaşan genetik pozuqluqdur. Şimpanzedə 48, insanda isə 46 xromosom vardır. Bu nəhəng fərqliliyə təkamülə görə şərh gətirmək üçün darvinistlər, insanlardakı xromosom 2-nin, xəyali ortaq atanın bir dəlili olduğu iddiasıyla ortaya çıxırlar. Halbuki, burada təkamül yoxdur. İnsan xromosomunda meydana gələn füzyon (iki xromosomun birləşməsi) bir təkamülləşmə deyil, fərdin şikəst yaşamasına, hətta ölməsinə səbəb olan xəstəlikdir. Bunun ən bilinən nümunəsi Daun sindromudur. İndiyə qədər edilən elmi təcrübələrə görə bu füzyon heç bir üstünlük təmin etməməkdə, tam tərsinə sağlam olmayan mutant, ya da sonsuz fərdlər meydana gəlməsinə səbəb olmaqdadır. Bir xəstəliyin təkamülə dəlil olaraq təqdim edilməyə çalışması isə darvinistlərin nə böyük acizlik içində olduqlarının göstəricisidir.
Həm də insanın şimpanzedən təkamülləşdiyi yalanını müdafiə etmək üçün xromosom sayı və ya genom bənzərliyini qarşıya qoymaq son dərəcə məntiqsiz və dayaqsızdır. İnsan, genom düzülməsi baxımından nematod soxulcanlarına 75% nisbətində bənzəyər. Xromosom sayı baxımından isə, Peromyscus növü siçanın, kartofun və tütün bitkisinin də 48 xromosomu var. İnsanların xromosom sayı isə məsələn Lepus europaeus növü dovşanda olduğu kimi 46-dır. Bu səbəbdən xromosom sayının eyni olması bir bənzərlik mənasını vermir. Xromosom sayı eyni də olsa, tək bir genin fərqli olması, o orqanizmi tamamilə fərqli canlı halına gətirə bilər. Bu səbəbdən insan, bu ölçülər əsas alındığında, bir kartofla və ya tütün bitkisi ilə nə qədər eynidirsə, bir şimpanzeylə də ancaq o qədər eyni ola bilər.
Allah, batil darvinizm dinini, çökmüş və məğlub olmuş şəkildə yaratmışdır. Tək bir dəlili olmayan bu nəzəriyyənin dəstəkçiləri belə ağlasığmaz yalanlarla məlumatsız insanları öz tərəfdarları halına gətirmənin arxasındadırlar. Bu yalana qapılmamaq üçün xalqımızın, darvinistlərin həyatın başlanğıcını da açıqlaya bilmədiklərini, tək bir zülal qarşısında çarəsiz və şərhsiz qaldıqlarını və iddialarını sübut edən tək bir ədəd belə fosil dəlil olmadığını çox yaxşı bilməlidirlər. Darvinistlərin izah etdikləri, yalnız yalana dayanan fərziyyələrdən ibarətdir.