Adnan Oktar: Nur surəsi, 31-ci ayə. Şeytandan Allaha sığınıram. Cənabı Allah deyir: “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər”, harama baxmasınlar, yəni Allahın qadağan etdiyi yerlərə baxmasınlar. “Və cinsiyyət üzvlərini zinadan qorusunlar”qeyri-qanuni, cinsi əlaqədə olmasınlar. Halalı olmayan bir adamla cinsi əlaqəyə girməsinlər. “Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər”. Zinətlərini bağlı tutacaqlar. Kimə? Cənabı Allah izah edir. Hər kəsə zinətlərini göstərmirlər. Zinətlərini göstərə biləcəklərini sayır baxın, atası, qardaşı da daxil olmaqla. Bu xurafatçılara ağır gəlir amma Allah belə deyir. Allaha namus dərsi verməyə qalxırlar, haşa. “Görünənlər istisna olmaqla”özlüyündə görünən qismi çöldəki insanlara göstərə bilər, deyir. “Örtüklərini yaxalarının üstünə salsınlar”. Örtsünlər, sinələrini kimsəyə göstərməsinlər. Əvvəllər qadınların çoxunun sinələri açıqdı, sinələrini örtsünlər deyir Allah. Qadınların sinələri də zinətləridir, onu da göstərməyəcəklər. İndi zinətlərini kimlərə göstərə bilərlər sayır Allah. İndi xurafatçılara bu çox ağır gəlir. Narahat olurlar. Allahın hökmünü bəyənmirlər. Bu çox önəmlidir, bunun üzərində durmaq lazımdır. “Zinətlərini ərlərindən” Kimə göstərə bilərmiş qadın? Öz ərinə göstərə bilərmiş. Başqa, “yaxud atalarından” başqa, “yaxud ərlərinin atalarından” başqa, “yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən”, yəni xidmətçilər, qadına ehtiyacı olamayan evdəki sadiq xidmətçilər, yaxud cinsi iqtidarını itirmiş xidmətçilər, “yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan “, yəni qadınların cinsiliyini, cinsi orqanını tanımayan, bilməyən “uşaqlardan başqasına göstərməsinlər”. Allah, bunlara göstərə bilərlər deyir. Xurafatçılar “haşa” deyir. “Küfrə düşdün sən” -deyir. “Necə bunu söyləyərsən” -deyir. Allah söyləyir. Allahın dediyini söyləyirəm mən. “Allah söyləyirsə qəbul etmirəm mən” -deyir. Müşrikin azğınlığını görürsənmi? Allahın hökmü baxın, çox açıqdır.

Fizilalil Quran təfsirində, Seyid Qutub “ərlərindən başqa sayılan bu qrupların, göbək altından diz qapağının altına qədər olan qismin xaricində, qadının bədənini görmələrində nə özləri, nə də qadın üçün bir qorxusu yoxdur” -deyir.

Ömər Nəsuhi Bilmən həzrətləri də, uzun-uzun bu siyahını saydıqdan sonra: “Ancaq göbəkdən diz qapaqlarına qədər olan yerlərini ərlərindən başqa heç bir kimsəyə açmamalıdır” -deyir. Xurafatçılar da, kökdən Allahın bu hökmünü qəbul etmirlər. Peyğəmbərimiz (s.ə.v)-in də bir çox hökmünü qəbul etməzlər. Onların öz din anlayışı var, onu qəbul edirlər.

images (5)