Xəyali tüklü dinozavrlar, xəyali yarı-meymun yarı-insanlar, sudan quruya keçən saxta varlıqlar, illərdir heç cür tapılmayan guya itkin halqalar, illərdir insanların beyninə yeridilən heyrətamiz təkamülçü saxtakarlıqlardandır. Darvinistlər nə vaxt çaxnaşmaya düşsələr, nə vaxt təkamül nəzəriyyəsinin uçuruma doğru getdiyinin fərqinə varsalar, nə vaxt məğlub olduqlarını anlasalar yeni ara növ nağılı ilə ortaya çıxarlar.

Məsələn, fosilin üzərindəki 1.5 millimetrlik bir çıxıntını inkişaf edən üzgəc, çıxmaqda olan tük ya da guya korlaşmaqda olan bir barmaq kimi qələmə verib insanlara yalan söyləyərlər. Elm ilə deyil, yalanla inkişaf etmiş və illərlə saxtakarlıqlar ilə ancaq yaşayan təkamül nəzəriyyəsinin müdafiəçiləri, hələ də eyni üsulu davam etdirməyə çalışırlar. Bunun üçün lazım olan şey isə bir az fərziyyə, bir də bəzi mətbuatın köməyidir.

 

İndi isə darvinistlər bu köhnə üsullarının artıq yararlı olmadığını görməyin şokunu yaşayırlar. Darvinistlər:

 

  • Darvinizm saxtakarlığına elm ilə cavab veriləcəyini heç nəzərə almadılar.
  • Bütün dünya qarşısında alçalacaqlarını düşünmədilər.
  • Bütün dünyaya qarşı kələklərinin, saxtakarlıqlarının üstünün açılacağını və yollarının kəsiləcəyini təxmin etmədilər.

 

Belə mühit içində darvinistlərin yenidən “tüklü dinozavr tapdıq” deyə meydana çıxmaları, həqiqətən də, çox çətin vəziyyətdə olduqlarının göstəricisidir. Aydındır ki, darvinizmi müdafiə etməyin fərziyyə və yalan xaricində başqa bir yolu yoxdur. Hər şeyin meydana çıxmasına baxmayaraq hələ də fırıldaqçılıq  etmək istəmələri, eyni üsullarda israr etmələri və köhnəlmiş boş sözlərini zorla yeritmələri bu böyük çarəsizliyin çox açıq göstəricisidir.

 

Konkavenator korkovatus necə saxta təkamül üçün vəsait halına gətirildi?

130 milyon illik bir dinozavr fosili, çarəsiz darvinistlərin çarəsiz cəhdlərindən birini təmsil edir. İnsanların artıq eşitməkdən sıxıldıqları tüklü dinozavr saxtakarlığı bu fosillə təkrar gündəmə gətirilməyə çalışıldı. Darvinistlər heç utanmadan, alçalacaqlarını bilə-bilə illərdən bəri yaxşı bilinən saxtakarlığını bir daha darvinist nəşrlərə daşıdılar.

Darvinistlərin iddiası, sözü gedən dinozavr fosilinin xəyali tüklü dinozavra aid olduğu istiqamətində idi. Buna göstərdikləri guya dəlil isə, fosilin qabaq qollarındakı kiçik çıxıntılar idi. Dərhal darvinist fərziyyə dövrəyə girdi və bu çıxıntıların “tüklərin əlaqə nöqtəsi ola biləcəyi” iddia edildi. Diqqət yetirilsə ortada tük, tükə bənzər bir quruluş və ya tük fosili də yox idi. Miniatür bir çıxıntının “tükün əlaqə nöqtəsi” olması şəklindəki izah yalnız və yalnız təkamülçü saxtakarlığın bir məhsulu idi.

Bu kiçik çıxıntıların fosil üzərində görünmədiyi, lakin fosillə bağlı şəkil və bərpalarda, xüsusilə, nəzərə çarpan hala salındığını xatırlatmaq lazımdır.

Bu izahlar darvinistlər üçün ürək ağrıdan izahlardır. Darvinistlər fosil üzərindəki istədikləri çıxıntıya tük, istədiklərinə qol, istədiklərinə qanad deməkdə çox ustadırlar. İşlərinə yaramadığında bu çıxıntılar son dərəcə əhəmiyyətsiz fosil parçaları olaraq qiymətləndirilir. Fosillə bağlı hər hansı bir təfərrüat təkamül nöqteyindən fərziyyə aləti olduğuna inandıqlarında isə dərhal bir ssenari qurular. Ən qədim uçan quş olduğu elmi olaraq dəqiqləşmiş, lakin darvinistlərin iddialarına zidd olduğu üçün heç cür qəbul edilməyən protoavis bunun ən bariz nümunəsidir.

 

Darvinistlər protoavis üzərindəki açıq-aşkar tük olan müxtəlif çıxıntılar mövzusunda heç cür razılaşa bilməyiblər. Lakin 130 milyon illik bir dinozavr üzərindəki maraqsız quruluşları işlərinə yaradığı üçün dərhal təkamülə dəlil kimi göstərməkdə gecikməmişlər. Ancaq darvinistlərin unutmağa çalışdıqları, ancaq hər dəfə onlara xatırlatdığımız və bütün bu iddialarını kökündən yox edən çox əhəmiyyətli bir dəlil vardır:

Xüsusilə, qeyd edəcəyimiz bu mövzu Konkavenator korkovatus fosilindən 20 milyon il əvvəl yaşamış, mükəmməl tüklərə sahib uçan quş olan Arçaeopterixin varlığıdır. 150 milyon illik mükəmməl quş Arçeaopterix bu cəhətdən bütün darvinist iddiaları yox edir. Lakin darvinistlərin yaşamaq üçün həmişə saxtakarlığa ehtiyacları vardır. Buna görə də bu saxtakarlıqları izah etməkdən imtina edirlər.

 

Fərziyyələr faydasızdır, əhəmiyyətli olan təkamül fikrinin məğlub olmasıdır

Darvinist saxtakarlıq davam edə bilər, darvinist mətbuat bu saxta fikirləri böyük nəzəriyyə kimi göstərməyə çalışa bilər. Lakin ƏHƏMİYYƏTLİ OLAN TƏKAMÜL FİKRİNİN KÖKÜNDƏN MƏĞLUB OLMASIDIR. Əhəmiyyətli olan İNSANLARIN ARTIQ TƏKAMÜL YALANI İLƏ ALDANAMAMASIDIR. O mərhələ artıq keçmişdir. BUNU DARVİNİSTLƏR DƏ ÇOX YAXŞI BİLİİRLƏR. Elmin yox etdiyi darvinizmin yalançı üzü XXI əsrdə ifşa edilmişdir. Darvinistlərin edəcəkləri heç bir şey, heç bir fərziyyə, heç bir saxtakarlıq təkamülçülərin yalanlarla əldə etdikləri o əvvəlki günlərini geri qaytara bilməyəcək. XXI əsr Allahın diləməsiylə bütün batil dinlərin, batil fikir və ideologiyaların yox olub getdiyi, özünə yer tapa bilməyəcəyi müqəddəs əsr olacaqdır.