1 yanvar 2011-ci il tarixində dünya tərəfindən tanınmış “Huffington Post” internet saytında Cales Rəhmanın yazısı nəşr olundu. Bu yazıda Rəhman, dünyada tanınmış qiymətli yazar hörmətli Adnan Oktarın əsərlərinin təsirindən və əhəmiyyətindən bəhs etdi.

Rəhman yazısında, hörmətli Adnan Oktarın darvinizmə qarşı apardığı təsirli və elmi mübarizənin gücündən bəhs edir və kitablarındakı elmi dəlillərə, axıcılıq, güclü xitab və təsir gücündən söz açır. Bu yazıda Rəhman, adı çəkilən kitabların şagirdlər üzərindəki təsirini qələmə alarkən, öz narahatlıqlarını dilə gətirməkdə və yaradılış mövzusuna toxunmaq, şagirdlərə yalnız elmi məlumatların verilməsi kimi birtərəfli düşüncəni müdafiə etməkdədir.

Bu mövzuyla əlaqədar izah belədir:

 

Cales Rəhman məktəblərdəki darvinist diktatorluğun hakimiyyətinin fərqinə varmalıdır

Əvvəlcə bunu ifadə etmək lazımdır: 150 illik darvinist diktatorluğun ən böyük zəfərlərindən biri, məktəblərə darvinist təhsili daxil etmək olmuşdur. Hal-hazırda dünyanın hər yerində, bütün məktəblərdə və universitetlərdə darvinizm rəsmi olaraq tədris olunur. Məktəb idarələri, hətta dövlət idarəçiləri bunun əleyhinə olsa da, bu mövzuda səslərini çıxara bilmir, darvinist təhsilə mane olmurlar. Hər ölkədə, proqramdan hər il yeni dərslər çıxarılarkən, təkamüldən söhbət gedəndə, bu təklifin belə verilməsi mümkün deyil. Təkamül, eynilə ölkələrin rəsmi dilləri, rəsmi pul vahidləri kimi, məktəblərdə tədris olunan rəsmi ideologiya halını almışdır.

Hal-hazırda bütün dünyada şagirdlər, heç bir elmi dəlillə dəstəklənməməsinə və tamamilə elmi cəhətdən məğlub olmasına baxmayaraq, bütün fənn dərslərində yalnız təkamülü öyrənməkdədir. Birtərəfli təhsil alır, şagirdlərə bu istiqamətdə heç bir elmi dəlil göstərilmir. Həqiqi elmi dəlillər təhrif edilir, tələbələr heç vaxt yaşanmamış xəyali canlılıq tarixini əzbərləmək məcburiyyətində qalır. Darvinist saxtakarlıqlar hələ məktəblərdə şagirdlərə həqiqət kimi izah edilir, yeni yetişən nəsil, həqiqətən, bir at fəsiləsi olduğunu, Hekkelin xəyali embrion şəkillərinin həqiqi olduğunu, sənaye inqilabı kəpənəklərinin “iş başında təkamül”ü təmsil etdiyini zənn edərək bitir. Təkamülün bir saxtakarlıq olduğunu fərq edən tələbələr isə, hər hansı etiraz etdiklərində dərslərindən keçə bilmirlər. Universitet müəllimləri işlərindən çıxarılır, başqa bir yerdə iş tapa bilmirlər.

 

Hal-hazırda hələ də bütün dünyada, xüsusilə, məktəblərə istiqamətli yaradılan darvinist diktatorluq olduqca təsirli vəziyyətdədir. Təkamül, tamamilə saxtakarlığa əsaslanan bütpərəst dini olmasına, elmi olaraq tamamilə çürüdülməsinə baxmayaraq, təəccüblü şəkildə elm adıyla tədris olunur.

Cales Rəhmanın məktəblərdə yaradılış mövzusunda təhsil verilməsinə etiraz edərkən, bu gerçəkləri nəzərə alması lazımdır. Məktəblərdə ELM DEYİL, təkamül tədris olunur. Məktəblərdə ELM DEYİL, rəsmi olaraq və açıq-aşkar saxtakarlıq tədris olunur. Buna qarşı çıxan bütün səslər isə dərhal susdurulmaqdadır. Birtərəfli təhsil ilə bütün gənc nəsil bir istiqamətə doğru istiqamətləndirilməyə çalışılır. Məqsəd, elm adamlarından ibarət mədəni gənc nəsil yetişdirmək deyil, yalnız “darvinist” gənc nəsil yetişdirməkdir.

 

Qarşı çıxdığımız şey, birtərəfli təhsildir

Rəhmanın unutmaması lazım olan bir həqiqət daha vardır. Qarşı çıxdığımız və etiraz etdiyimiz şey, darvinist diktatorluğun bu hakimiyyətidir. Bunu aradan qaldırmaq üçün birtərəfli təhsilin sona çatması lazımdır. Təkamül nəzəriyyəsinin məktəblərdə tədrisinə etirazımız yoxdur. Lakin əgər təkamül tədris edilirsə, bütün elmi dəlillərlə yaradılış həqiqətinin də məktəblərdə tədrisi lazımdır. Hörmətli Adnan Oktar, dəfələrlə bu tələbini dilə gətirmişdir. Səmimidirlərsə, təkamül nəzəriyyəsi müdafiəçilərinin buna etirazı olmamalıdır. Çünki hər iki mövzu da öz dəlilləriylə izah ediləcək, üstünlük isə şagirdə buraxılacaq.

Bu üsulla məktəblərdə təkamül təhsili veriləcək. Lakin eyni şəkildə yaradılış mövzusunda da təhsil veriləcək. Bu təhsil isə yalnız elmi təməllər üzərində qurulmuş olacaq. Şagirdlərə yalnız, indiyə qədər çıxarılmış 350 milyondan çox fosil nümunələri göstərilir. Zülalın təsadüfən meydana gəlib gələ bilməyəcəyinə dair təcrübələr edilməli, bu mövzudakı elmi işlər üzərində dayanılmalıdır. Mutasiyaların təkamülçülərin iddia etdikləri kimi növlərin bir-birinə çevrilməsinə yol açıb açmayacağı gözləniləcək, növdən növə keçid iddialarına dair yer üzündə bir dəlil olub olmadığı araşdırılacaqdır. Aparılan iş yalnız elm üzərində qurulacaqdır.

Tələbə, düşüncəsində tamamilə azad olacaq, ancaq elmi dəlillərə əsaslanmış nəticəyə gələcəkdir. Məktəblərdə tələb etdiyimiz təhsil şəkli budur.

Bunda darvinistləri narahat edəcək, qəzəbləndirəcək və ya etiraz etmələrinə səbəb olacaq heç bir nüans yoxdur. İllərdir nəzəriyyələrinin qəti doğru olduğunu iddia edən darvinistlər, əgər hələ də bu iddiadadırlarsa, qorxacaqları bir şey olmamalıdır. Çünki onlar, məktəblərdə öz təhsillərini verməyə davam edəcəklər. Əgər bunu bir qismi “dini təhsil” olaraq qəbul edirsə, o zaman 150 illik BÜTPƏRƏST DİNİ olan darvinizmin də məktəblərdə tədrisi lazımdır.

Əgər bunu elm olaraq qəbul edirlərsə, o zaman hər hansı etiraza yer yoxdur, çünki onsuz da məqsədimiz elmi dəlil gətirməkdir. Bu son dərəcə ədalətli sistemdir. Əgər 150 ildir bir dənə belə elmi dəlil verə bilmədiyi halda təkamül nəzəriyyəsi məktəblərə bu qədər hakim olursa, nəzəriyyəni çürüdən həqiqi elmi dəlillərin məktəblərə gətirilməsinə etiraz edilməsi də son dərəcə məntiqsiz olacaq. Bu, onların gerçək fosili, gerçək elmi təcrübə nəticələrindən qorxduqları və bunları məktəblərində istəmədikləri mənasını verər. Məhz o zaman, darvinizm diktaturası da əsl üzünü göstərmiş və təkamül nəzəriyyəsinin elm ilə nə qədər əlaqəli olduğu aydın olacaqdır.

 

Hər şeyin yaradılış məqsədi vardır

Cales Rəhmanın narahatlığı, hörmətli Adnan Oktarın əsərlərində, elmi dəlillərlə birlikdə yaradılış həqiqətinin də bəhs edilməsinə əsaslanır. Halbuki hörmətli Rəhmanın diqqətindən qaçan bir nüans vardır: Bu əsərlərdəki elmi dəlillər, bir yaradılışa və bir Yaradıcıya işarə etdiyi üçün o əsərlərdə yaradılış gerçəyi bəhs edilir. Bu elmi dəlillərə baxan bir adam, mütləq bir fövqəladəlik görər. Məsələn, hörmətli Rəhmanın araşdırdığı hörmətli Adnan Oktarın “Qarışqa möcüzəsi” kitabı, bir qarışqanın öz qabiliyyətlərini və məlumatını aşan fövqəladə xüsusiyyətlərini göstərir. Bir insan, bu üstün xüsusiyyətləri araşdırıb keçdiyində, bütün bunları edənin, həqiqətən, kiçik bir qarışqa olduğuna hökm verəcəkdir.

O qeyri-adi işarələrlə özünə verilən mesajdan xəbəri belə olmayacaq. Bu elmi dəlil, ona heç bir şey verməyəcək, onda heç bir həyəcan yaratmayacaq, onda heç bir şəkildə dərin düşünmə qabiliyyəti yaratmır. Bir canlının həyatı, fiziologiyasındakı mükəmməllik, sahib olduğu bir zülal, bir atom, tarixdən gələn bir fosil, bunların hamısı bir məqsəd üçün vardır. Dünyada heç bir şey məqsədsiz olmadığı kimi, bunlar da məqsədsiz olaraq yaradılmazlar. Ağlı və vicdanı açıq insan, bütün bunları gördüyündə belə möcüzələrlə dolu bir sistemin təsadüfən yarana bilməyəcəyini, məqsədsiz meydana gələ bilməyəcəyini, ötüb keçilməyəcəyini dərhal anlayacaq. Buna görə, vicdanıyla düşünən bir insan üçün bir bal arısının həyatı və ya bir qarışqanın möhtəşəm həyatı ilə əlaqədar təfərrüatları bilmək, bunların və hər şeyin yaradıldığını anlamaq üçün kifayətdir.

Məhz bu səbəblə elmi həqiqətlər ilə yaradılış bir-birindən ayrı mövzular deyil. Elm, daima yaradılışı göstərmişdir. Hörmətli Adnan Oktarın əsərlərində insanların vicdanları rahatlıqla anlayıb gördükləri bu həqiqətlərin üstün Yaradıcımız Uca Allahın əsərləri olduğu izah edilir və bütün bu elmi dəlillərə Quranda işarələr olduğu da bildirilir. Bu, vicdanı açıq bir insanın onsuz da çoxdan anladığı həqiqətdir. Bu adam, fərqinə varmış bu həqiqətə Quranda da işarələr olduğunu bilməlidir. Çünki bu böyük və çox həyəcanlı möcüzədir. Aləmlərin Rəbbi olan Uca Allah, Öz üstün Varlığını bizə yaratdığı bu fövqəladə dəlillərlə göstərir. Bizdə heyranlıq yaradan bu əsərləri araşdırıb, əsərin Sahibin dilə gətirməmək olduqca məntiqsizdir.

Hər fövqəladə əsərin tərifi, onun sənətkarına yönəldilir. Əgər yer üzündəki bu göz qamaşdırıcı sənətdən bəhs edir, onun təfərrüatlarını araşdırır, yeni elmi dəlillərlə bu sənətə heyran qalır və onu daha dərin, daha ətraflı araşdırmaq üçün səy göstəririksə, bütün bunları bilib, üstün Yaradıcısını və Sahibini, yəni aləmlərin Yaradıcısı olan Uca Allahı da tanımamız lazımdır. Məhz bu səbəblə hörmətli Rəhman bu mövzuda ciddi şəkildə yanılır. Şagirdlər, ancaq şahid olduqları bu möhtəşəm sənətin Sahibini tanıdıqlarından əsl anlayış qabiliyyətləri, həqiqəti qəbul etmə və anlama bacarığı, gerçək düşünmə bacarıqları inkişaf edəcək. Hər şeyin bir məqsədinin olduğunu, bu səbəbdən özlərinin də məqsədsiz yaradılmadığını anlayacaqlar. Yaradılmış hər şey, Uca Rəbbimiz Allahın varlığını göstərir, bizə sonsuz Ağlını, möhtəşəm elmini tanıdır. Allah ayələrində belə buyurur:

 

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq. Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir. (Duxan surəsi, 38-39)