Darvinizm, saxtakarlıq, böyük bir yalan olmasına baxmayaraq, bizim məktəblərdə təkamülün öyrədilməsinə bir etirazımız yoxdur. Lakin əgər məktəblərdə təkamül öyrədilisə, eyni zamanda yaradılış həqiqətinin də öyrədilməsi vacibdir.
Darvinistlər bu ehtimala görə dəhşət içindədirlər. Əsla və qətiyyən Yaradılışın proqrama girməməsi lazım olduğunu iddia edir, bu fikirdən çox narahat olurlar. Amerikada müxtəlif məktəb və müəllimlərin məhkəmələrə verilmə səbəbləri budur.
Əgər nəzəriyyələrinin doğru olduğuna inansalar, darvinistlər bu təklifdən çəkinməməlidir. Bizim tələbimiz məktəblərdə Yaradılışın elmi dəlillərinin və fosillərinin göstərilməsi, buna qarşı təkamülün də dəlillərinin göstərilməsi, qərarın isə şagirdə buraxılmasıdır.
Şagirdlərə heç bir istiqamətləndirmə edilməyəcək. Onlara yalnız elmi dəlillər təqdim olunacaq. Onlar gördükləri dəlillərə görə qərar verəcək, bu mövzuda tamamilə azad olacaqlar.
Bu son dərəcə ədalətli sistemdir. Əgər nəzəriyyələrinə güvənirlərsə darvinistlərin bundan qorxmamaları, bu qədər dəhşətə qapılmamaları lazımdır. Bizlər bu mövzuda necə rahat və özündən əmin hərəkət ediriksə, darvinistlər də əgər elmi dəlil təqdim edə biləcəklərsə, eyni rahatlıqda davranmalıdırlar.
Ancaq əksinə DARVİNİSTLƏRİN BU EHTİMALI BELƏ DƏHŞƏT VƏ QORXU İÇİNDƏDİR. Bəhs etdiyimiz təklifdən şiddətli şəkildə qorxurlar. Belə ədalətli sistemin məktəblərə tətbiq edilmə fikrinə dözə bilmirlər.
Şübhəsiz, bunun tək səbəbi əllərində elmi dəlil olmamasıdır. Elmi dəlillərə qarşı şiddətli və alçaldıcı məğlubiyyətlə qarşılaşacaqlarını çox yaxşı bilirlər. Darvinistlərin proqramda Yaradılış fikrindən bu qədər qorxmalarının, Yaradılış müdafiəçiləri ilə qarşılıqlı müzakirəyə çıxmamalarının tək səbəbi budur.
Darvinistlər bunu anlamalıdırlar: Yaradılış həqiqəti məktəblərə girsə də, girməsə də indi bütün dünyaya onsuz da yayılmışdır. Bununla bərabər, xüsusilə, gənc nəsil təkamülün saxtakarlıq olduğunu çox yaxşı və dəqiq dəlillərlə bilir. İnternetdə bütün dünyaya pulsuz olaraq çatdırılan HARUN YAHYA KÜLLİYATI BİR UNİVERSİTETDİR. Hər ölkədən, hər dildən, hər kəs bu universitetdən faydalana bilər, 7-dən 70-ə hər kəs bu dili anlayır. Buna görə darvinistlərin, mütləq reallaşacaq qəti darvinist məğlubiyyətlərə əngəl olmaq Allahın diləməsi xaricində qeyri-mümkündür. Hər zaman bütün darvinistlərə xatırlatdığımız kimi, XXI əsr, təkamülün dəhşətli çöküşünü və yaradılış həqiqətinin bütün dünyaya yayılmasını görəcəyimiz bir əsr olacaqdır. Bu, Allahın vədidir və Allahın vədi mütləq həyata keçəcəkdir.