Səba surəsi, 15-18-ci ayələrin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. 15: Allah, “Səba qəbiləsinin yaşadığı yerdə nişanə – biri sağda, digəri də solda olan iki bağça var idi” -deyir, yəni hər yeri bağçadır. “Onlara: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışlayan Rəbb!” – deyilmişdi”. Nə gözəl nemətlər amma nə edəcəyik? Əlhəmdülillah deyəcəyik, Allaha həmd olsun. “Budur gözəl diyar və Bağışlayan Rəbb!” İstanbul gözəl bir diyar, “beldetün tayyibetün”. Əbcədi hansı tarixi verir? 1453-cü il tarixini. İstanbulun fəthi tarixini verir. Bax, bir tək ayə var. “Beldetün tayyibetün”, gözəl bir diyardır. İstanbula işarə edir, 1453-cü il tarixi, İstanbulun Fəthi tarixi. Bağışlayan bir Rəbbiniz var, əlhəmdülillah. 16: deyir Allah, “Amma onlar üz döndərdilər,” -.

“Biz də üstlərinə güclü Arim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik” Acı yulğun, sidr ağacı, iki bağça zamanı gəlincə danışacağıq, inşaAllah. 17: “Nankorluqlarına görə onları belə cəzalandırdıq. Allah, Məgər biz nankordan başqasını cəzalandırarıqmı?” -deyir. Nə edəcəyik? Həmd edəcəyik. Sırf həmd etmək deyil. Adam yemək yeyir, gəyirərək həmd edir. İslam Birliyi üçün cəhd etmir, Türk İslam Birliyi üçün cəhd göstərmir. Allah bəla yağdırar, bəla. Kim söyləyir? Allah söyləyir, ayədə söyləyir. Allah üçün intiqam səbəbidir. Həmd etmək, Qurana tabe olmaqla olar. “Mən həmd edirəm.”

Yəni? Yan gəlib yatırsan. Elə həmd etmək olmaz. 18: “Səba qəbiləsi ilə bərəkət verdiyimiz məmləkətlər arasında” Suriya, İraq, Fələstin, İsrail, hamısı Türk İslam Birliyinin içində olacaq, inşaAllah. “Aydın görünən bir-birinə yaxın şəhərlər salmış,” Buradan oturduğumuz yerdən İsraili görəcəyik, Fələstini görəcəyik. Ayənin mənası çox dərindir. “Orada gediş-gəliş yaratmışdıq”. Bu an gedə bilirsənmi? Çəkib vurarlar adamı. Onda sinəmizi gərə-gərə gəzəcəyik. Ayə ona işarə edir eyni zamanda, inşaAllah. “”Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!” – demişdik”. Əbcədi neçə? 2023-cü il. Hz. Mehdi (ə.s)- ın dünya hakimiyyəti, inşaAllah. Gecələri gəzə bilirsənmi Hakkaridə, Siirtdə, Mardində? Dağlarında gəzə bilirsənmi? Gəzə bilməzsən. Suriyada gəzə bilirsənmi? Gəzə bilməzsən. İraqda gəzə bilirsənmi? Gəzə bilməzsən. Təhlükəsizlik yox. Nə deyir ayədə? “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!” Mehdiyyət dövründə olacaq bu, inşaAllah.

images (5)