• “Allah Elçisi sallallahu əleyhi və səlləm çox yaraşıqlı və cazibədar idi. Mübarək üzü ayın on dördüncü günündəki kimi bütöv ay kimi parlayardı… BURNU ÇOX GÖZƏL İDİ… Gur saqqallı, iri gözlü, düz yanaqlı idi. Ağzı geniş, DİŞLƏRİ İNCİ KİMİ PARLAQ İDİ… Boynu sanki bir gümüş kimi parlaq idi… İKİ ÇİYNİ ARASI GENİŞ, çiyin sümük başları qalın idi…” Böyük Hədis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, 5-ci cild, İz Yayıncılık, səh. 31
  • Ənəs ibn Malik (r.ə) belə izah edir: “Rəsulullah əfəndimizin boyu; nə çox uzun, nə də çox qısa idi. BƏDƏNİ DƏ NƏ DURU AĞ, NƏ DƏ TÜND ƏSMƏR İDİ. SAÇLARI İSƏ NƏ DÜZ, NƏ DƏ BURUQ İDİ. … Bu fani həyata vidalaşdıqda, saçında və saqqalında 20 tel ağ saç yox idi.” Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 4.-cü cild, səh.201
  • “RƏSULULLAH (S.Ə.V) AĞ, GÖZƏL VƏ MUTƏDİL (yavaş və mülayim, etidallı) idi.” Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 2-ci cild, Hilal Yayınları, Ankara, 1976, səh. 7-8
  • Ənəs ibn Malik (r.ə) belə izah edir: “Peyğəmbərimiz ORTA BOYLU İDİ; uzun da deyildi, qısa da deyildi; xoş bir görünüşü vardı. Saçı isə nə buruq, nə də düz idi. Mübarək (İlahi xeyirin olduğu şey, bərəkətlənmiş, çoxalmış, xeyirli, uğurlu) ÜZÜNÜN RƏNGİ İSƏ NURANİ AĞ İDİ.” Et-Tirmizi İmam Ebu İsa Muhammed, Şemail-i Şerife, 2-ci cild, Hilal Yayınları, Ankara, 1976, səh. 7-8
  • Bera ibn Azib (r.ə) belə izah edir: “… Rəsulullah əfəndimizdən daha GÖZƏL birini görmədim. ÇİYİNLƏRİNİ DÖYƏN SAÇLARI VARDI. İKİ ÇİYİN ARASI GENİŞ İDİ. BOYU İSƏ NƏ QISA İDİ, NƏ DƏ UZUN İDİ.” Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, IV cild, səh.
  • Əlinin nəvələrindən İbrahim ibn Məhəmməd (r.ə) belə rəvayət edir: “Babam hz. Əli, Peyğəmbərimizi izah edərkən Onu belə təvsif (səciyyələndirərdi) edərdi: “Peyğəmbərimiz, NƏ HƏDDİNDƏN ARTIQ DƏRƏCƏDƏ UZUN, NƏ DƏ QISA İDİ; O OLDUĞU BİRLİYİN ORTA BOYLUSU İDİ. SAÇLARI, NƏ BURUQ NƏ DƏ DÜMDÜZ İDİ; YÜNGÜLCƏ DALĞALI İDİ. MÜBARƏK ÜZÜNÜN RƏNGİ QIRMIZIYA ÇALAR ŞƏKİLDƏ AĞ; GÖZLƏRİ QARA; KİRPİKLƏRİ SIX VƏ UZUN; ÇİYİN BAŞLARI İRİ QURULUŞLU İDİ. O, insanların ən comərdi, ən doğru sözlüsü, ən yumşaq təbiətlisi və ən yoldaş canlısı idi. ONU QƏFLƏTƏN GÖRƏNLƏR, ONUN HEYBƏTİ QARŞISINDA ÇOX ŞİDDƏTLİ HƏYƏCANLANARLAR; ÜSTÜN XÜSUSİYYƏTLƏRİNİ BİLƏRƏK SÖHBƏTİNDƏ OLANLAR İSƏ, onu hər şeydən çox sevərlər…” Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 1-ci cild, Hilal Yayınları, Ankara,1976, səh. 18-19
  • Həsən (r.ə) belə nəql edir: “RƏSULULLAH ƏFƏNDİMİZ, YARADILIŞDAN HEYBƏTLİ VƏ MÖHTƏŞƏM İDİ. MÜBARƏK ÜZÜ, BÜTÖV AY HALINDAKI AYIN PARLAQLIĞI KİMİ NUR SAÇARDI. ORTA BOYLUDAN UZUN, İNCƏ UZUNDAN QISA İDİ. Saçları buruq ilə düz arası idi; əgər özbaşına ikiyə ayrılmışsa onları başının iki yanına salar, deyilsə ayırmazdı. Uzatdığı təqdirdə saçları qulaq məməsini keçərdi. PEYĞƏMBƏR ƏFƏNDİMİZ (S.Ə.V)-İN RƏNGİ, ƏZHƏR-UL-LƏVN (ÇOX AĞ VƏ PARLAQ RƏNG) İDİ, YƏNİ NURANİ AĞ İDİ. ALNI AÇIQ İDİ. QAŞLARI; AYPARA KİMİ GUR… Boyu, saf mərmərdən meydana gələn heykəllərin boyu kimi gümüş aydınlığında idi. Bədəninin bütün üzvləri bir-biri ilə uyğun olub YARAŞIQLI BİR QURULUŞA SAHİB İDİ…” Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, I cild, Hilal Yayınları, Ankara,1976, səh. 18-23
  • Əbu Hüreyrə (r.ə) belə izah edir: “HƏZRƏTİ PEYĞƏMBƏR, GÜMÜŞDƏN YARADILMIŞ KİMİ NURLU AĞ İDİ; SAÇLARI DA YÜNGÜL DALĞALI İDİ.” Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, I cild, Hilal Yayınları, Ankara,1976, səh. 28-29
  • “ƏFƏNDİMİZ (S.Ə.V) AĞA ÇƏHRAYI QARIŞIQ RƏNGDƏ İDİ…” Ali (ra), G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, səh. 519/
  • “ALLAH RƏSULUNUN ALINI GENİŞ OLUB AYPARA QAŞLI İDİ, QAŞLARI GUR İDİ. İki qaşı arası açıq olub, xalis gümüş kimi idi….. SAQQALI GUR İDİ. BOYU ÇOX GÖZƏL İDİ, NƏ UZUN NƏ QISA İDİ. BOYUNUN GÜNƏŞ VƏ KÜLƏK GÖRƏN QİSİMİ QIZIL XƏLİTƏLİ GÜMÜŞ QAB KİMİ, GÜMÜŞÜN AĞLIĞI VƏ QIZILIN DA QIRMIZILIĞINI ƏKS ETDİRƏR ŞƏKİLDƏ PARILDAYARDI. SİNƏSİ GENİŞ İDİ, SİNƏSİNİN DÜZLÜYÜ AYNANI, AĞLIĞI DA AYI XATIRLADARDI. ÇİYİNLƏRİ GENİŞ İDİ. QOL VƏ BAZULARI İRİCƏ İDİ. Ovucları ipəkdən daha yumşaq idi.” Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2-ci cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 820
  • “… Aydın üzlü və GÖZƏL YARADILIŞLI idi; ZƏİF VƏ İNCƏ DƏ DEYİLDİ. … Saçı ilə kirpik və bığları gümrah idi (bol, gur). Səsi qalın idi. Susduğu zaman təmkinli (ciddilik, həlim və heybətlilik), DANIŞDIĞI ZAMAN DA HEYBƏTLİ Uzaqdan baxıldığında insanların ən gözəli və ən sevimlisi görünüşündə idi; yaxından baxıldığında da şirin və xoş görünüşü vardı. Çox şirin danışırdı. ORTA BOYLU İDİ; baxan kimsə nə qısa nə də uzun olduğunu hiss edərdi. ÜÇ ADAMIN ARASINDA ƏN GÖZƏL GÖRÜNƏNİ VƏ NUR ÜZLÜ OLANI İDİ. ….” İbni Sa’d, Tabakat, I, 230-231; Taberani, el-Mu’cem’ül-Kebir, IV, 49, nu:3605, VII, 105, nu:6510; Hakim, el-Müstedrek, III, 9-10; Beyhaki, Delail’ün-Nübüvve, I, 276-284; İbn’Asakir, Tarihu Medineti Dumeşk, III, 314-336, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III cild, İstanbul, 1998, səh.48
  • Cabir ibn Səmürə (r.ə) belə izah edir: “MƏN RƏSULULLAH ƏFƏNDİMİZİN KÜRƏK SÜMÜKLƏRİ ARASINDA OLAN PEYĞƏMBƏRLİK MÖHÜRÜNÜ GÖRDÜM. …” Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 1-ci cild, Hilal Yayınları, Ankara,1976, səh.
  • Əbu Nadrə (r.ə) belə izah edir: “Səhabələrdən Əbu Səid əl-Hüdriyə Rəsulullah əfəndimizin PEYĞƏMBƏRLİK MÖHÜRÜNÜN necə bir şey olduğunu soruşdum. MÜBARƏK KÜRƏYİNDƏ GÜL TUMURCUĞU KİMİ BİR ƏT PARÇASI olduğunu söylədi.” Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 1-ci cild, Hilal Yayınları, Ankara,1976, səh.
  • Əbu Hüreyrə (r.ə) belə izah edir: “Mən Rəsulullah əfəndimizdən daha gözəl birini görmədim; sanki günəş, onun mübarək üzündə dövr edir kimi idi. PEYĞƏMBƏR ƏFƏNDİMİZDƏN DAHA SÜRƏTLİ GEDƏN BİRİNİ DƏ GÖRMƏDİM; gedərkən sanki yer üzü ayaqları altında dürülürdü. BİZLƏR, ARXASINDAN GEDƏRKƏN, GERİ QALMAMAQ ÜÇÜN BÖYÜK SƏY GÖSTƏRƏRDİK.” Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 1-ci cild, Hilal Yayınları, Ankara, 1976, səh.
  • Əbu Atabə (r.ə)-dən: “GEDƏRKƏN QÜVVƏLİ ADDIMLARLA GEDƏRDİ.” G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 541/
  • Allah Rəsulu insanların ən bəliğ (bəlağətli kimsə, məramını tamamilə, nöqsansız və gözəl sözlərlə izah etməyə müqtədir olan. Kafi dərəcədə olan. Yetərli olan), ƏN DÜZ DANIŞANI VƏ ƏN ŞİRİN SÖZLÜ OLANI İDİ (ağzından bal axırdı)! O, belə deyirdi: “Mən ərəbin ən fəsihiyəm (səhvsiz olaraq söyləyən. Açıq və gözəl danışan).” (Taberani, Hakim; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, II cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 800)
  • Əbu Ümamə (r.ə)dən: “İNSANLARIN ƏN GÜLƏR ÜZLÜSÜ VƏ XOŞCANLISI İDİ.” (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 545/4)