Adnan Oktar: Rəhman və Rəhim olan Allahın adıyla, Şeytandan Allaha sığınıram. Mutaffifin surəsi, 1: Cənabı AllahÇəkidə və ölçüdə aldadanların vay halına! -deyir. Çəkini düz çəkəcəklər yəni, haram bəzən o tərəzini pozur, Allah ona diqqət çəkmişdir. Tərəzinin düz olması fərzdir, yəni doğru işləməsi fərzdir. Aldadanların vay halına! 2: O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər. Tam mənasıyla alarlar. 3: onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar“. Allah bu haramdır deyir. 4: Onlar dirildiləcəklərini fikirləşmirlərmi? 5: Həm də əzəmətli bir gündə. 6: O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar”. Din, Quran, İslam dünyaya hakim olduğunda deməli, ticarətdə düzəlir, idmanda düzəlir, siyasətdə düzəlir, cəmiyyətdə düzəlir, həyatda düzəlir, sevinc xoşbəxtlik sevinc, elm, sənət, demokratiya, hər şey ən mükəmməl şəkliylə özünü göstərir. Cənabı Allah Quranda: “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq”. (Ənam surəsi, 38) – deyir. Allah, hər yerdə insanların qarşılaşacağı çatışmazlıqlara diqqət çəkir. Ona görə də Cənabı Allah necə rəftar etməli olduqlarını ifadə edir və doğru olanın nə olduğunu da ifadə edir.

images (5)