Adnan Oktar: Şeytandan Allaha sığınıram. 33-cü surə, 35-ci ayə: Cənabı Allah “Həqiqətən” -deyir. “Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, könüldən (Allaha) itaət edən kişilər və könüldən (Allaha) itaət edən qadınlar, sadiq olan kişilər və sadiq olan qadınlar”. Allaha, Kitaba, iddiasına sadiq olan, “könüldən (Allaha) itaət edən kişilər və könüldən (Allaha) itaət edən qadınlar, sadiq olan kişilər və sadiq olan qadınlar, səbirli kişilər və səbirli qadınlar”, küfr səbir edə bilməz. Məsələn, qadın bir şey edir, bir anda havalanır, gedib döymək istəyir, təhqir edir, alçaltmaq istəyir. Halbuki, mömin səbirli olar. Ola bilər, insan səhv etsin. Amma küfr özünü itirir. Özünü də itirincə, hər şeyini itirmiş olur, inşaAllah “hörmətlə (Allahdan) qorxan kişilər” Allahdan qorxan demir Cənabı Allah, “hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar”. Məsələn, Allahdan qorxan qadın, əcaib gözəl olar. Qorxmadığında, Allah nurunu alar. Gedər əlindən, üzündən, o elektriki, o qadına xas gözəlliyi tamamilə itər. “Oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar”. Yəni qeyri-qanuni cinsi əlaqəyə girməyənlər. Qeyri-qanuni cinsi əlaqəyə girdiyində gedər. “Allahı çox zikr edən kişilər və (Allahı çox) zikr edən qadınlar”. Davamlı Allahı zikr edir, “üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır” ayədə.

images (5)