Adnan Oktar: Tövbə surəsi 111-ci ayə. Şeytandan Allaha sığınıram: Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır”. Mömin canını Allaha təslim edir, malının da hamısını Allaha təslim edir. Allah “satın aldım” -deyir amma cənnət qarşılığında deyir. Allahın razılığı və cənnət. Çünki onlar Allah yolunda vuruşur”, mübarizə aparır, cəhd edirlər, öldürür və öldürülürlər”. Eyni zamanda bizim əsgərlərimizə, Mehmetciklərimizə baxan bir ayədir. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir”. Deməli, İncildə də, Tövratda da bu hökm var. Adam, “Tövrat etibarsızdır” -deyir. Tövratın ancaq təhrif olunmuş qismi etibarsızdır. Quranda ifadə edilən bu hissələr etibarsız deyil, etibarlıdır. Qurana uyğun olan hissələrin hamısı etibarlıdır. Allah Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin” -deyir. “Ya Rəbbi mən canımı, malımı sənə satdım, sənə aiddir” -deyir. Allah “buna sevinin” -deyir. Məhz bu, böyük uğurdur” -deyir.

 

Tövbə surəsi 100-cü ayə, “Önə keçən ilk mühacirlərə”, hicrət etmişlər mühacirlər, müsəlmanların yanına hicrət edirlər. Və ənsarlara” -onları saxlayanlara-, həmçinin yaxşı işlər görməkdə onlara uyanlara”, yəni oradakı mühacirə, ənsara tabe olanlar. Cənabı Allah, Mühacir, ənsar və onlara tabe olan müsəlmanlara, gəlincə, Allah onlardan razıdır” -deyir, bütöv olaraq onlar da Ondan razıdırlar”. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Məhz bu, böyük uğurdur”. Baxın, mühacir, ənsar və onlara tabe olanlar Quranda müjdələnilmişdir, MaşaAllah. Deyirlər bəs Quranda səhabə hanı, haradan anlayırıq? Baxın Quranda məhz bunula bağlı ayə var.

 

Tövbə surəsi 101-ci ayə, Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir”. Münafiqliyə alışmış, davamlı münafiqlik edir. “Sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq”. Bax hz. Peyğəmbər (s.ə.v) olduğu halda Cənabı Allah peyğəmbərə, “sən bilməzsən” -deyir. Münafiq o qədər gizlidir ki, aydın olmur. Yəni müsəlmana çox bənzəyir. Biz onlara iki dəfə əzablandıracağıq”. Müsəlman olub da səhv etsə bir dəfə, kafir də olsa bir dəfə əzab verilir. Amma münafiqə iki dəfə əzab verilir. Sonra isə böyük bir əzaba qaytarılacaqlar”. Allah, “Onu da buraxmayacağam” -deyir, “daha böyük bir əzabla əzablandıracağam” -deyir. 102: “Digərləri isə günahlarını etiraf etdilər. Onlar saleh bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin”. Bunlar tövbə etmişlər, günahlarını etiraf etmişlər. Onlar saleh bir əməllə başqa bir pis əməli qarışdırdılar”. Səmimiyyətsizliklə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. 103: “Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan”. Adam Allah yolunda sədəqə vermir, “zəngin olacağam” -deyir. Xəstəxanaya pulu tökür, xəstəliyinə pul tökür. Faydasını görmür. Baxın, bununla onları pak edib təmizə çıxarasan”. Adam pulu vermir. Allah içinə çətinlik verir, əcaib böhrana düşür, xoşbəxt ola bilmir. Puluyla məsələn, fərz edək çalğıçıları gətirdir, çalır amma xoşbəxt olmur. Yemək gətirir yeyir xoşbəxt olmur. Bağçası olur, xoşbəxt olmur. Nə edirsə etsin xoşbəxt olmur.

images (5)