Adnan Oktar: Rəhman surəsi, 56-cı ayə, Şeytandan Allaha sığınıram. Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır”. Allah namuslu toxunulmamış və təmiz bir qadının gözəlliyini vurğulayır. Qeyri-qanuni hər kəslə əlaqəyə girən bir qadının gözəl olmayacağını, təsir edici olmayacağını, yalnız yoldaşını sevən qadının gözəl olacağını Quran vurğulamış olur. 57: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? 58: Onlar sanki yaqut və mərcandırlar”. Allah yaquta bənzədir. Mərcana bənzədir. Allah insanların qavramaları üçün o gözəlliyi, o parlaqlığı, o təsir ediciliyi yaqut və mərcandakı cazibədarlığa bənzədərək açıqlayır. Amma təbii ki, dünyadakı yaqut və mərcan kimi deyil, çox daha mükəmməl şəkildə. Cənabı Allah 59: Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiziniz? 60: Lütfkarlığın əvəzi ancaq lütfkarlıq deyildirmi?” –deyir. Allah “siz gözəl bir lütfkarlıq etsəniz, məndə sizə gözəl bir lütfkarlıq edərəm” -deyir. 61: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” Şeytandan Allaha sığınıram. 62: “Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır. 63: Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? 64: Hər ikisi yamyaşıldır”. “Yamyaşıllıq” -deyir, bağ-bağatlıq, gözəllik. 65: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? 66: İkisində də fəvvarə vuran iki bulaq vardır”. Davamlı axan bulaqlar insanın çox xoşuna gələr. Su bulaq olaraq olsun, çay olaraq olsun, dəniz olaraq olsun insanın çox xoşuna gələcək şəkildə yaradılmışdır. 67: “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” Cənabı Allah bu ayədə, nemətin yalanlana bilməyəcəyini dəfələrlə vurğulayır. Axirətdə onlara xatırlatma olsun deyə, inşaAllah.

images (5)