Uca Rəbbimiz, dünya həyatının sonunun yaxınlaşdığı Axırzaman adı verilən dövrdə, bütün çətinliklərin, müharibələrin, terrorun, degenerasiyanın və qorxuların hökm sürdüyü bir dövrdə, dünyaya mübarək bir şəxsi göndərəcək və onun vəsiləsiylə bütün zülm və ədalətsizliyi sona çatdıracaq. Bu mübarək şəxs hz. Mehdi (ə.s)-dır. hz. Mehdi (ə.s)-ın zühurunun ardından hz. İsa (ə.s.) yenidən yer üzünə gələcək və hz. Mehdi (ə.s) ilə birlikdə, bütün dünyaya İslam əxlaqını hakim edəcək.

Hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl dünyanın böyük bir münaqişə içində olacağı və dünyaya dinsizliyi, əxlaqi pozğunluğu, zülmü, haqsızlığı və qan tökməyi yayan dəccaliyətin ortaya çıxacağı bildirilmişdir. Allah adətullahı gərəyi olaraq zidd düşüncələri birlikdə yaradar. Allah, hz. Musanı yaradanda onun ziddi olan Fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah, ona qarşı çıxacaq olan Nəmrudu da yaratmışdır. Allah, Axırzaman dediyimiz və rəvayətlərə görə yaşadığımız bu dövrdə isə masonların idarəsindəki dəccaliyəti və dəccaliyətin əhəmiyyətli oyunlarından biri olan darvinizmi yaratmışdır.

Axırzamanda hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın insanları gözəl əxlaqa, imana, əmin-amanlığa və təhlükəsizliyə dəvət etmələri qarşısında, qarışıqlığı və münaqişəni müdafiə edən, mərhəmətsizliyi və eqoistliyi təlqin edən, insanları ziyana və həlaka aparan dəccaliyət, yəni masonluq, bu məqsədlə darvinizmdən istifadə edir. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi Həzrətləri, “Emirdağ Lahikası”-da hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin, darvinizmin və materializmin insanlar üzərindəki təsirini bütünlüklə qaldırıb, bu dəccal axınlarını fikirlə yerlə bir etmək olduğunu ifadə etmişdir. Bədiüzzaman, hz. Mehdi (ə.s)-ın, Darvinizm və materializmə qarşı qazanacağı qəti müvəffəqiyyət ilə insanların imanına vəsilə olacağını belə xəbər vermişdir:

 

“Çox vaxt məktublarımda işarə etdiyim kimi, Mehdi Ali-Rəsulun (Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olan hz. Mehdinin) təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. … Birincisi: Fən və fəlsəfənin tasallutu ilə (təsiriylə) və maddiyyun və tabiyyun (materializm və darvinizm inancını) bəşər (insanlıq) içində yayılmasıyla hər şeydən əvvəl fəlsəfəni və maddiyun fikirini (materialist düşüncəni) tam susduracaq bir tərzdə imanı qurtarmaqdır”.

 

Bu səbəbdən hz. Mehdi (ə.s)-ın əsl vəzifələrindən biri də, materialist və darvinist fəlsəfəni fikirlə, tam mənası ilə ortadan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. Masonların Axırzamanda kütlələrə yaydığı bu azğın din, Allahın icazəsi ilə hz. Mehdi (ə.s.) tərəfindən elmlə yox ediləcək.

Yalanları ilə bütün dünyanı aldada bilmələri, darvinist diktatorluğun bütün dünyada saxta hakimiyyət qurmağı darvinistləri yanıldır. Darvinistlər, bu saxta müvəffəqiyyətin Allahın yaratdığı imtahanın bir sirri olduğunu fərq edə bilmədiklərinə görə, bunu, həqiqi müvəffəqiyyət zənn etmiş və məğlub olmayacaqlarını güman etmişlər. Halbuki belə saxta müvəffəqiyyətlər, həqiqiqətin və doğrunun üzə çıxıb üstün gəlməsi üçün reallaşar. Nəticədə isə mütləq, Allahın istədiyi, Allahı ucaldan düşüncə qalib olub üstün gəlir. Hal-hazırda darvinizmin vəziyyəti də belədir. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti böyük bir məğlubiyyətə doğru gedir. Çünki bu, darvinizmin taleyidir. Darvin, Allah dilədiyi üçün darvinizmi ortaya atmışdır.

Darvinizm, Allah dilədiyi üçün dünyaya hakim olmuşdur və hal-hazırda azğın inanc, Allah dilədiyi və Allahın taledə təqdir etdiyi vaxt gəldiyi üçün əsaslı və böyük bir məğlubiyyətə uğrayır. İnsanlar, Allahın təyin etdiyi bir taledə darvinizm fitnəsinə təslim olmuşlar. İndi də, yenə Allahın təyin etdiyi taledə, hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s)-a təslim olacaqlar və bütün dünya, hz. Mehdi (ə.s)-ın, darvinizmi, materializmi, bir sözlə bütün dəccal sistemlərini ortadan qaldırıb fikirlə məhv etməsi ilə bu azğın fitnədən xilas olmağın hüzuruna qovuşacaq. Bütün dəccal sistemləri, məhv olub məğlubiyyətə uğramağa məhkum olaraq yaradılmışdır.

Darvinizm də belədir və Allahın istəyi ilə böyük bir məğlubiyyətə uğrayır və məhv olur. Tarixin ən böyük kütlə aldadınışı olan darvinizm, tarixin ən böyük məğlubiyyətini yaşayır. Darvinizm tarixi, gələcək nəsillərin təəcüblə və utanc dövrü kimi xatırlanacaq. Uca Allah, hökmünə baş əyilən, bütün varlıqları idarə edən və nəzarəti altında tutandır. Allahın təyin etdiyinin xaricində azğın bir din yaradıb, bu yolda səy göstərdiklərini zənn edən darvinistlər, əslində istəsələr də istəməsələr də, Allahın hökmünə təslim olaraq yaşayırlar. Allah bir ayəsində belə bildirmişdir:

 

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar. (Ali İmran Surəsi, 83)

 

Dəccalın oyununa gələn darvinistlər də daxil olmaqla bütün varlıqlar, mütləq bir gün Allahın hüzurunda toplanacaqlar. Rəbbimizin qatında hesaba çəkiləcək və etdiklərindən, düşündüklərindən, tətbiq etdiklərindən ötrü sorğulanacaqlar. Hesab günü qəti bir gerçəkdir. Məhz bu səbəblə masonların təsiri altında qalmış bütün darvinistlərin, həqiqətləri açıq-aşkar gördükləri bu günlərdə, inadçı və qürurlu israrlardan imtina edib, vicdanlarına tabe olmaları və doğru yolu seçmələri qurtuluşa gedən ən əhəmiyyətli yoldur. Allahın hökmü haqqdır, mütləq reallaşacaq və qurulmuş heç bir nizam, Allah diləmədikcə, bunun önünə keçə bilməyəcək. Darvinizm aldadınışına bağlı qalmaqda israrlı olan, bu yalanın arxasından qaçmağa və insanları aldatmağa davam etməkdə qərarlı olan hər insan bu həqiqəti heç vaxt unutmamalıdır.

 

Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir. (Ğaşiyə surəsi, 21-26)