Adnan Oktar: Şeytandan Allaha sığınıram. Furqan surəsi, 56-cı ayəni əvvəl də izah etmişdim. Allah bu ayədə: Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik əbcəd hesabı ilə 1980-ci ilə işarə edir və 57-ci ayədə isə – De: Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm“, buyurur. Cənabı Allah təbliğin mənfəət üçün edilməməsini Quranda dəfələrlə vurğulayır, çünki o insanları çox dərindən sarsıdan, mənfi təsir edən bir şeydir.

58-ci ayədə isə: Allah  “Əsla ölməyən və əbədi Yaşayana (Allaha) təvəkkül etbuyurur. Baxın, Allah nə qədər gözəl söyləyərək qabaqcadan o məlumatı verib, insanların ürəyində bir fərahlıq meydana gətirir və ardından belə deyir: “əsla ölməyən və əbədi Yaşayan “. İnsan ölər, Allah ölməz. Nə vaxta kimi? Sonsuza qədər ölməz, sonsuza qədər diri və sonsuz ağıl sahibi olandır. “(Allaha) təvəkkül et” – oh! Nə gözəldir – Allah “və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdirdeyir. Əlhəmdülillah. Allah onsuz da yaradır, hər şeyi bilir.

59-cu ayədə Cənabı Allah, “O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra Ərşi yaradıb ona hakim olan Rəhmandır. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş! – deyir. Burada Allah, göyləri və yeri altı gündə, yəni altı mərhələ ilə, altı zaman bölümündə yaratdığını ifadə edir.

69-cu ayədə Allah belə buyurur:  “Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Burada alçalmadan danışılır. Axirətdə, küfrə verilən cəzalardan biri də alçalmadır, Allahın alçaltmasıdır. Lakin, cəhənnəm əzabının nə olduğunu biz axirətdə görəcəyik. Çünki, cəhənnəmdə hər şeyin aynəl yakin (gördüyümüz kimi, qəti olaraq), haqqəl yakin (ən yaxın bir şəkildə, yaşama ilə)  görünüşünü görəcəyik. Hər kəs görəcək. Lakin, orada, cəhənnəmdə adamlar gəzirlər, danışırlar, cəhənnəm atəşi var, hətta, Huməzə surəsi, 7-ci ayədə Allah: O Od ki, qalxıb ürəklərə çatacaq“- deyir. Amma, ayələrdə təsfir edilən adamların danışıqlarına baxdığımızda, sakit bir danışıq olduğunu görürük. Yəni elə fəryadlı bir danışıq üslubu deyil, hətta, bir-birləriylə məşğul olurlar, dedi-qodu edirlər. Bizim təsəvvür etdiyimiz kimi bir cəhənnəm deyil. Bəzən fikirlərimizdə canlandırırıq, bizim ağlımıza od-alov, bir benzin yanarkən meydana gələn alov gəlir. Amma, elə bir şey deyil. Çünki elə bir atəşin içində bir insan əsla danışa bilməz, komaya düşər, yəni ağrıdan iflic olar. Adam alovların içərisində fitnə çıxarır, danışır. Bunu bilmirik, qəribədir. Amma ən çox narahat olduqları şeyi, həmişə cənnətdəkilərə etina etdiklərini görürük. Bu əzabı tez-tez görürük. Ayədə: “Rəbbinizə söyləyin bizə sizin yediklərinizdən versin, içdiklərinizdən versin” – deyilir. Beləliklə, oradan sıxıldıqları, bezdikləri aydın olur. Çıxmaq istəyirlər, yəni bir barmaqlıq axtarırlar, çıxa biləcək bir yer axtarırlar. Həbsə düşmüş insanın çətinliyi var üstlərində, bunu görürük biz.

72-ci ayədə Allah: “O kəslər ki, yalandan şahidlik etməz” – baxın, Allah yalan danışmağı qadağan edir, yalan çox çirkin bir şeydir – Boş və faydasız sözlə rastlaşdıqda oradan ləyaqətlə üz çevirib keçərlər“, deyir. Məsələn, televiziyalarda səs-küyü, iki saat boş-boş danışıqları gördüyümüzdə,  düyməyə basıb keçməliyik. Cənabı AllahBoş və faydasız sözlə rastlaşdıqda oradan ləyaqətlə üz çevirib keçərlər– deyir. Keçmək demək mütləq getmək demək deyil. Düyməni basmaqla oradan da keçərsən, inşaAllah.

73-cü ayədə Allah: “Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar“-deyir. Bir qismi anlamamazlıqdan gələr, bir qismi isə kor kimi davranar. Allah, “Kar və kor kimi davranmayın, anlamamazlıqdan gəlməyin”– buyurur. Allah, “Mənim hökmüm çox açıqdır, anlayın və edin” – deyir.

74cü ayədə Allah buyurur: “Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” Təqva sahiblərinə öndərlər, yəni, bizi, müsəlmanlara lider etməyi deyərlər. Mehdilik istəyi Qurana görə məcburi olarmı? Bəli, o zaman müsəlmanların hamısı özlərini lider olmaq üçün hazırlayacaq, Allaha dua edəcək, hz. Mehdi (ə.s) olmaq üçün Allahdan gözəl əxlaq diləyəcək, dərin iman diləyəcək, inşaAllah.

75ci ayə. Cənabı Allah “Onlar səbir etdiklərinə görə Cənnətdə olan ən gözəl otaqlarla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar” – deyir.  İnsanlarda ən çox xoşuna gələn şey nədir? Sağlamlıq və əmin-amanlıqdır. Salamla qarşılanırlar. “Xoş gəldiniz, Salam Əleykum” – deyilir onlara. Otaqlarla mükafatlandırılarlar. Təbii ki, otaqlar boş otaq deyil. Orada söhbətlər var, sevgi var, məhəbbət var, gözəllik var, yemək var, içmək var. 76- cı ayədə Allah belə deyir: “Onlar orada əbədi qalacaqlar”. Bu yaxınlarda bir din xadimi Cənnətdə sonsuz həyatın olmadığını deyirdi. Yaxşı onda nə zaman bitir? Nə vaxta kimi olacaq? Niyə bitsin? Onun düşüncəsinə görə bir milyon il sonra bitdiyini düşün. Buradakı məqsəd nədir? Nə qədər axmaq insanlar var, çox təəccüblüdür. Allah,Onlar orada əbədi qalacaqlar”- deyir . Bu cür adamları mən anlaya bilmirəm. Allah ağıl fikir versin bunlara. Allah,”Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!– buyurur.

77-ci ayədə Allah buyurur: “De: Əgər sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verməzdi”. Dua çox əhəmiyyətlidir. Cənabı Allah, “Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!“- deyir. Quranı yalanladıqlarına görə əzabları da qaçınılmaz olacaq. Baxın, niyə əzab çəkdiklərini bilirsinizmi? Məsələn, bu yaxınlarda bir insan dinsizlik haqqında bir yazı yazmışdı, dinsizliyi, ateistliyi təbliğ edirdi. Onun ağlı zəifdir, ağlının uşaq ağlı olduğuna görə bu haldadır, təbii ki, onun cəzasını çəkəcək. Etdiyi məqbul bir şey deyil, onsuz da səhvdir, amma ağıllı bir insanın Allahı inkar etməsi necə olar? İnsanın ağlı aydındır, görür. Beyninin içində 3 ölçülü, tərtəmiz bir dünya görür. Ən keyfiyyətli stereo sistemindən də keyfiyyətli səs eşidir və adam da normal ağla sahibdir, bu vəziyyətdə nə demək lazımdır? Məsələn, əlində qələm görür, Allah beynində qələm yaradır. Ağlı başında olan bir adam bu vəziyyətdə nə deyər? “Allah yaratdı” – deyər. Biz qədəhi soruşduğumuzda fabrikdə düzəldiyini deyirlər. Başın içində kim yaradır? Allah yaradır. Fabrikdəkini bir kənara qoyaq. Fabrikdəkini onsuz da insan görə bilməz. Fabrikdəki ilə əlaqə yoxdur. Allah onu da ayrı-ayrı olaraq yaradır. Amma sən onun görüntüsü ilə qarşılaşırsan. İndi stəkan fabrikdə düzəldildi? Xaricdə şəffaf bir stəkan var. Beyindəki stəkanın onunla heç bir əlaqəsi yoxdur. O yeni görünüşdən ibarət olan bir stəkandır. O, orada, kənarda durur, onun bir faydası yoxdur, yəni, kimsəyə bir faydası olmaz. O, ancaq dayanar. Bir dənə stəkan vardır, beynində gördüyün stəkan. Kim yaradır onu? Allah yaradır. O da xaricdəki stəkana fikrini bildirir. Xaricdəki stəkan şəffaf və qaranlıqdır. Onu da Allah yaradır. Amma o, adamın  işinə yaramaz.  Bir dənə beynindəki stəkan vardır, birbaşa Allah tərəfindən yaradılır. O xaricdəki stəkana ehtiyac yoxdur. Bu zaman insan xaricdə stəkan olmadan yaradılmadığını zənn edər. Allah onu ayrı-ayrı yaradır. Baxın, xaricdəki stəkan ayrı yaradılır, beyindəki stəkan ayrı yaradılır. İki yaratma vardır burda. Rəhman surəsi, 17-ci ayədə Allah: Allah iki məşriqin və iki məğribin Rəbbidir– deyir. Quranda Allah iki aləmdən bəhs edir. Adamlar beyindəki stəkanın müstəqil yaradıldığını bilmirlər, ayrı olaraq yaradıldığını bilmirlər. Ona (xaricdəkinə) asılı olaraq yaradıldığını zənn edirlər. Halbuki, tamamilə ayrıdır. Fabriki qəbul edirlər, elə deyilmi? Edirlər. Yaxşı, bu müstəqil yaratma necə olur? Bunu da Allah yaradır. O zaman fabrikdəkini kim yaradır? Onu da Allah yaradır. Bitdi. Əgər, sən bunu  inkar etsən, özünü dəli kimi aparsan, axirətdə də ona görə iztirab çəkərsən və orada da özünü dəli kimi göstərməyin səni qurtarmaz.

 images (5)