Kəhf surəsi, 28-31-ci ayələrin təfsiri

Adnan Oktar: Baxın, Kəhf surəsi, 28-ci ayəsində Allah deyir: “ Səhər-axşam çağı“- indi axşamdır, gecə vaxtındayıq – Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə səbir et “. Yəni  Allahın razılığını istəyərək səbir et. Biz nə istəyirik? İslam Birliyini istəyirik və səbir edirik. AllahDünyanın bər-bəzəyini istəyərək nəzərlərini onlardan çevirmə“- deyir. Dünyanın bər-bəzəyi nə olduğu məlumdur, televiziya kanallarının çoxunda görə bilərsiniz. AllahNəzərlərini onlardan çevirmə“- buyurur. Yəni nəzərin mütləq haqqı müdafiə edənlərin üstündə olmalıdır və başqa yerə yönəlməməlidir. Allah “Nəzərini başqa yerə çevirmə“- deyir. Yəni, nəzərini Allahı, Quranı izah edən, İslam Birliyini izah edən, Mehdiyyəti izah edən, hz. İsa (ə.s)-ı izah edən, səhabə sevgisini izah edən tərəfə yönəlt. Bunlar harada izah edilirsə  nəzərin orada olsun, gözünü izah edənə çevir, ondan başqa tərəfə çevirmə.

Allah “Gözün başqa yerə çevrilməsin– deyir. Ardından Allah buyurur: Qəlbini Bizi anmaqdan qəfil etdiyimiz”– qəflətə düşüb, Allahı zikr etməyi unudan, boş işlərlə məşğul olan, hər hansı bir kanalı açsanız həmin kanallarda belələrini görərsiz – Nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! Yəni, Quranın, İslamın, İslam Birliyinin xaricində özünə görə bir yol seçən, Quran yolunda olmayana itaət etmə.

29-cu ayədə Allah belə deyir: “De: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın“. Burada Allah demokratiyanı, fikir azadlığını göstərir. Diləyən iman etsin, diləyən inkar etsin, hamı fikrində sərbəstdir. AllahBiz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə etmişdir” – deyir. Allah, “Artıq divarın içindədirlər, cəhənnəmin divarı bu an onları əhatə etdi” – bildirir. Amma indi xəbərləri yoxdur. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək edərlər” – əzab verici bir su – Cənabı AllahNə pis içkidir! Nə pis məskəndir!“, deyir.

30- cu ayədə Allah: “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə – yəni, iman edənlər, səmimi əməllər edənlər, səmimi təbliğ edənlər, İslamı yayanlar, halala, harama diqqət edənlər, namazını qılanlar – Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik“, deyir. Allah hamısını yazdığını deyir.

31ci ayədə Allah buyurur: “Məhz onlar üçün ağacları altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan (nazik və qalın ipəkdən) və atlasdan yaşıl paltarlar geyinəcəklər və orada taxtlara söykənəcəklər. Necə də gözəl mükafat, necə də gözəl məskəndir!“.  Allah ‘Cənnətdə də belədir’ – deyir. Baxın Kəhf surəsi əvvəldən axıra kimi birbaşa Mehdiyyətlə əlaqədardır. Bir ovuc gənc çıxar, dəccala qarşı müqavimət göstərər, ailələrindən ayrılarlar, bir araya gələrlər, bir yerdə yaşayarlar və dəccaliyyətə qarşı baş qaldırar, mübarizə edərlər. Sonra Cənabı Allah (Xızırla bağlı hekayədə keçir) Ledün elmini (batın elmi), Mürşidə necə itaət etməyi izah edir. Sonra Zülqərneyn hekayəsində dünya hakimiyyətindən bəhs edir. Hara baxsan dünya hakimiyyəti, İslam Birliyi. Bəzi qardaşlarımız ərəbcə oxumağımı istəyirlər. Mən ərəbcə Quran oxuyarkən onlar da anlamasınlar, mən izah edərkən də yatsınlar. Yəni mən Quran oxuyarkən onlar da yatsın. Belə olmaz.

images (5)