Adnan Oktar: Baxın, Allah Nur surəsi, 31-ci ayəsində belə buyurur: Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər“- harama baxmasınlar – və cinsiyyət üzvlərini zinadan qorusunlar, qeyri-qanuni əlaqəyə girməsinlər. Allah Qoy onlar görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər, görünənlər istisna olmaqla – deyir. Yəni, təbii olaraq görünən istisnadır. Örtüklərini yaxalarının üstünə salsınlar” – yəni, sinəsi təmamilə çılpaq, sinəsi açıq gəzən qadınlar sinələrini bağlasınlar –  Cənabı AllahZinətlərini ərlərindən, atalarından, ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz müsəlman qadınlarından, sahib olduqları kölələrdən, ehtirasını itirən kişi xidmətçilərdən (cinsi gücü olmayan kişilər) və məhrəm yerlərini hələ tanımayan uşaqlardan (qadının cinsi orqanını bilməyən uşaqlar) başqasına göstərməsinlər deyir. Burada Allahın hökmü açıqdır. Adamlar dəhşət içində Allahın hökmünü anladılar, çox məətəl qalaraq qarşıladılar. Deyirlər ki: “Allah belə deyirsə, mən müsəlman deyiləm”. Bu qədər əxlaqsız, xaraktersiz adamlar var. Məsələn, Cənabı Allah dünyanın ilk yaradılışında hz. Adəm (ə.s.) və hz. Həvvanı yaratdı. Əkizlər oldu. Qardaşı ilə bacısını Cənabı Allah evləndirdi. Yəni bu, o zaman halal idi. Əxlaqı Allah təyin edər. Amma indiki dövrdə bizim üçün bu əxlaqsızlıqdır. O dövrdə isə əxlaqdır. Əxlaq Allahın deməsinə görə olar. Allah: “bu gözəldir (belə olmalıdır)” –  deyir.  Bacı ilə qardaş evlənirlər, əlaqəyə girirlər, uşaq olur. Müəyyən bir mərhələdən sonra Allah haram edir və: “Artıq bacı ilə qardaş heç bir şəkildə əlaqəyə girə bilməz, haramdır”- deyir. Bundan sonra əxlaq bu olmuş olur. Allahın təyin etməsinə görə olar. Azğınlar, xurafatçılar onu da həzm edə bilmirlər, “o da ola bilməz” deyirlər. Yəni manyaklıqlarının ucu bucağı yoxdur. Dəlilik dərəcəsindədirlər.

images (5)